QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Ermənistan ordusu Gəncə və Mingəçeviri raket atəşinə tutdu

© Sputnik / Igor Russak / Mediabanka keçidПуск ракеты "Точка-У", фото из архива
Пуск ракеты Точка-У, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanın Gəncə və Mingəçevir şəhərləri raket hücumlarına məruz qaldı. Xəsarət alanlar və zərərlər müəyyənləşdiriləcək”, - Hikmət Hacıyev

BAKI, 17 oktyabr - Sputnik. Ermənistan silahlı qüvvələri Gəncə və Mingəçevir şəhərlərini raket atəşinə tutub.

Sputnik Azərbaycan bildirir ki, xəbəri Azərbaycan Müdafiə  Nazirliyi yayıb. Prezidentin köməkçisi Hikmət Hacıyev xəbəri təsdiqləyib.

“Ermənistanın humanitar atəşkəs arxasında gizlənən silahlı qüvvələri terroru və müharibə cinayətlərini davam etdirir. Azərbaycanın Gəncə və Mingəçevir şəhərləri raket hücumlarına məruz qaldı. Xəsarət alanlar və zərərlər müəyyənləşdiriləcək”, - Hikmət Hacıyev yazıb.

​Yerli KİV-in yazdığına görə, raketlərdən biri yaşayış evinə düşüb.

Xəbər lenti
0