SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Duma üzvü Vitali Milonovun Azərbaycana girişi qadağan olundu

© Sputnik / Vladimir Trefilov / Mediabanka keçidVitali Milonov
Vitali Milonov - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya Dumasının üzvünün adı Azərbaycana girişi qadağan olunan xarici vətəndaşlar siyahısına əlavə edilib.

BAKI, 16 oktyabr - Sputnik. “Rusiya Federasiyasının Dövlət Dumasının hakim “Vahid Rusiya” partiyasından olan üzvü Vitaliy Milonovun Azərbaycan Respublikasının işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə qeyri-qanuni səfərini qətiyyətlə pisləyirik”.

Bu barədə Xarici İşlər Nazirliyindən bildirilib. 

Qeyd edilib ki, Ermənistanın Azərbaycana qarşı əl atdığı yeni təcavüz kontekstində baş tutan və Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimə açıq şəkildə dəstək nümayiş etdirən bu qanunsuz səfər Azərbaycan və Rusiya arasında mövcud olan yüksək səviyyəli münasibətlərə tamamilə ziddir: “Dövlət Dumasının üzvünün belə bir məsuliyyətsiz addımı Rusiya Federasiyasının Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəkləyən rəsmi mövqeyinə uyğun gəlmir.

Azərbaycan Respublikasının müvafiq qanunvericiliyini pozaraq ölkənin işğal olunmuş ərazisinə qeyri-qanuni səfər etdiyi üçün Vitaliy Milonovun adı Azərbaycana girişi qadağan olunan xarici vətəndaşlar siyahısına əlavə edilib”.

Xəbər lenti
0