SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Macarıstan parlamentindən dəstək: Qarabağ Azərbaycandır!

© Sputnik / Aleksey Danichev / Mediabanka keçidВид на район Буда в Будапеште
Вид на район Буда в Будапеште - Sputnik Azərbaycan
Abunə olmaq
Spiker Laslo Köver Macarıstan hökumətinin problemin beynəlxalq hüququn ümumi prinsiplərinə uyğun həllini, həmçinin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini qətiyyətlə dəstəkləməkdə davam edəcəyini vurğulayıb

BAKI, 16 oktyabr — Sputnik. Macarıstan parlamentinin Sədri Laslo Köver Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarovaya cavab məktubu ünvanlayıb.

Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, o, sentyabrın 27-dən cəbhə xəttində baş verənlər, mülki insanların ölümü ilə nəticələnən qarşıdurmanın beynəlxalq ictimaiyyətdə ciddi narahatlıq doğurduğunu qeyd edib.

Laslo Köver Macarıstan hökumətinin problemin beynəlxalq hüququn ümumi prinsiplərinə uyğun həllini, həmçinin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini qətiyyətlə dəstəkləməkdə davam edəcəyini vurğulayıb.

Xatırladaq ki, Milli Məclisin Sədri Sahibə Qafarova bir sıra ölkələrin spikerlərinə və beynəlxalq parlament təşkilatlarının rəhbərlərinə Ermənistanın sentyabrın 27-dən etibarən cəbhə xəttində törətdiyi təxribatlar haqqında məktublar ünvanlayıb. Məktublarda Ermənistan silahlı qüvvələrinin hərbi təxribatları, Azərbaycanın şəhər və rayonlarının artilleriya və raketlərdən atəşə tutulması, işğalçı ölkə tərəfindən mülki vətəndaşların və mülki obyektlərin hədəfə alınması haqqında geniş məlumat verilib, həmçinin Ermənistanın törətdiyi bu müharibə cinayətlərinə, vandallıq aktlarına və işğalçılıq siyasətinə beynəlxalq ictimaiyyət tərəfindən adekvat münasibətin bildirilməsinə çağırış olunub.

Xəbər lenti
0