QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Əliyev: Gələcəkdə ermənilər və azərbaycanlılar Qarabağda sülh şəraitində yaşamalıdırlar

© SputnikМечеть в Шуше
Мечеть в Шуше - Sputnik Azərbaycan
Abunə olmaq
"Niyə bizdə də buna nail olmaq olmaz? Biz buna köklənmişik, lakin əlbəttə ki, etnik təmizləmələrin nəticələri aradan qaldırılmalıdır və bütün məcburi köçkünlərimiz öz evlərinə qayıtmalıdırlar", – Azərbaycan prezidenti deyib

BAKI, 15 oktyabr — Sputnik. Bakının təklifi ondan irəli gəlir ki, gələcəkdə erməni və azərbaycanlı icmalar Dağlıq Qarabağ ərazisində sülh şəraitində yaşamalıdır.

Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan və Ermənistan liderlərinin Sputnik-ə paralel müsahibəsində "Rossiya Seqodnya" BİA-nın baş direktoru Dmitri Kiselyova deyib.

"Eyni zamanda bizim təklifimiz ondan irəli gəlib ki, gələcəkdə Dağlıq Qarabağın ərazisində erməni icması və azərbaycanlı icması sülh şəraitində və birgə yaşamalıdır", – İlham Əliyev bildirib.

O qeyd edib ki, Azərbaycanın digər yaşayış məntəqələrində, o cümlədən çoxminlik erməni icmasının yaşadığı Bakıda, eləcə Rusiyada, Gürcüstanda, başqa ölkələrdə ermənilər və azərbaycanlılar bəzən birgə yaşayır və işləyir və onların aralarında heç bir ziddiyyət yaranmır.

"Niyə bizdə də buna nail olmaq olmaz? Biz buna köklənmişik, lakin əlbəttə ki, etnik təmizləmələrin nəticələri aradan qaldırılmalıdır və bütün məcburi köçkünlərimiz öz evlərinə qayıtmalıdırlar", – Azərbaycan Prezidenti əlavə edib.

Xatırladaq ki, sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlardan, minaatanlardan və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Ermənistan silahlı birləşmələrinin hərbi fəallığının qarşısını almaq və dinc əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı qoşunların cəbhə boyu əks-hücum əməliyyatına başlayıb.

10 oktyabr saat 12:00-dan etibarən humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun meyarlarına uyğun olaraq, hərbi əsirlər və digər saxlanılan şəxslərin, həmçinin ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunub.

Bununla bağlı Rusiya tərəfinin təşəbbüsü əsasında 9-10 oktyabr tarixlərində Moskva şəhərində keçirilən görüş nəticəsində Rusiya Federasiyası, Azərbaycan Respublikası və Ermənistan Respublikasının xarici işlər nazirlərinin qəbul etdiyi bəyanatda deyilir.

Bəyanata əsasən, atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq.

Azərbaycan Respublikası və Ermənistan Respublikası ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə tənzimlənmənin əsas prinsipləri əsasında münaqişənin tezliklə sülh yolu ilə həlli məqsədilə substantiv danışıqlara başlayacaqlar.

Tərəflər danışıqlar formatının dəyişilməzliyini təsdiq ediblər.

Xəbər lenti
0