QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Azərbaycan Prezidenti bəyan edib ki, rəsmi Bakı Qarabağda azadlıq müharibəsi aparır

© Official website of President of Azerbaijan Republicİlham Əliyev Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin N saylı hərbi hissəsində olub
İlham Əliyev Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin N saylı hərbi hissəsində olub - Sputnik Azərbaycan
Abunə olmaq
"Beynəlxalq vasitəçilər də bilirlər ki, "Dağlıq Qarabağ Ordusu" adlandırılan bir şey mövcud deyil" - İlham Əliyev

BAKI, 15 oktyabr — Sputnik. Azərbaycan prezidenti İlham Əliyev Sputnik-ə müsahibəsində bildirib ki, ölkəsi Dağlıq Qarabağda azadlıq müharibəsi aparır.

"Bilirsiniz, istənilən müharibə - qəddarlıqdır, fədakarlıqdır, insanların əziyyətidir, yaxınlarını itirməkdir, lakin fərq ondadır ki, Azərbaycan xalqı üçün bu müharibə azadlıq müharibəsi, Ermənistan üçün isə işğalçılıq müharibəsidir. Heç kimə sirr deyil və bu faktı artıq beynəlxalq vasitəçilər də bilirlər ki, "Dağlıq Qarabağ Ordusu" adlandırılan bir şey mövcud deyil. Bu gün Ermənistan tərəfinin bu cür adlandırdığı hərbi birləşmələrdə hərbçilərin 90%-i Ermənistan vətəndaşlarıdır", - deyə İlham Əliyev Azərbaycan və Ermənistan liderlərinin Sputnik-ə paralel müsahibəsində "Rossiya Seqodnya" BİA-nın baş direktoru Dmitri Kiselyova deyib.

"Onlar orada nə edirlər? Bu gün Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazilərində Ermənistanın işğalçı qüvvələri var. Buna heç nə ilə haqq qazandırmaq olmaz: nə beynəlxalq hüquq baxımından, nə də insan əxlaqı baxımından. 30 il ərzində azərbaycanlıların ata-baba yurdlarına getməsinin qarşısını alan bir siyasət yürütmək mümkün deyil. Bu ərazilər erməni əhalisinin heç vaxt yaşamadığı ərazilərdir.

Digər məsələ isə bundan ibarətdir ki, orada hər şey dağılıb və oraya qayıtmaq üçün xeyli sayda güc və vaxt sərf etmək lazımdır. Lakin bu mövqeyə heç cür haqq qazandırmaq olmaz. Ona görə də biz və bizim hərbçilər Azərbaycan torpağında döyüşür və həlak olur, Ermənistan hərbçiləri isə onların hökumətinin işğal altında saxlamaq istədiyi torpaqda ölürlər", - deyə İlham Əliyev qeyd edib.

Xəbər lenti
0