05:01 23 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
QARABAĞ
Qısa URL
Azərbaycan və Ermənistan arasında müharibə (625)
14731

"“Qırmızı xətt”ə gəlincə, biz bu barədə çox dəqiq fikir bildirmişik və Minsk qrupunun həmsədrləri bunu yaxşı bilirlər: heç bir şərt daxilində Azərbaycanın ərazi bütövlüyü pozula bilməz"

BAKI, 15 oktyabr - Sputnik. “Azərbaycan üçün “qırmızı xətt” Dağlıq Qarabağın müstəqilliyinin tanınmasıdır. Azərbaycanın ərazi bütövlüyü heç bir şərtlər halında pozula bilməz”.

Bunu Sputnik-ə müsahibəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib.

Bundan öncə Ermənistanın baş naziri Nikol Paşinyan deyib ki, Ermənistan hökumətinin gündəliyində Qarabağın müstəqilliyinin tanınması durur, bu məsələyə ciddi baxmaq, ictimai müzakirə aparmaq lazımdır. Baş nazir bundan öncə Qarabağda münaqişə zonasında humanitar böhran olduğunu demiş, bunun həlli yolu kimi tanınmamış “Dağlıq Qarabağ respublikası”nın müqəddəratının təyin edilməsi hüququnun qəbul edilməsi olduğunu əlavə etmişdi.

"“Qırmızı xətt”ə gəlincə, biz bu barədə çox dəqiq fikir bildirmişik və Minsk qrupunun həmsədrləri bunu yaxşı bilirlər: heç bir şərt daxilində Azərbaycanın ərazi bütövlüyü pozula bilməz və heç bir şərt altında Azərbaycan Dağlıq Qarabağın müstəqilliyinə razılıq verməyəcək”, - Əliyev Azərbaycan və Ermənistan liderlərinin Sputnik-ə paralel müsahibəsində “Rossiya Seqodnya” BİA-nın baş direktoru Dmitri Kiselyova deyib.

Qeyd edək ki, sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb. Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki şəxslər həlak olublar. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.
Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları nəticəsində Füzuli-Cəbrayıl istiqamətində Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdurrəhmanlı, Böyük Mərcanlı və Nüzgar kəndləri işğaldan azad edilib. Bundan başqa, Ağdərə və Murovdağ istiqamətində ermənilərin bir neçə postu darmadağın edilib.
Azərbaycan Silahlı Qüvvələrinin bölmələri cəbhənin Goranboy istiqamətindəki strateji yüksəkliklərdən birini - Murovdağ dağ silsiləsinin Murov yüksəkliyini azad edib. Azərbaycan ordusu Talış kəndi ətrafında bir neçə strateji yüksəkliyi də Ermənistanın işğalçı qüvvələrindən təmizləyib.
Oktyabrın 3-də Azərbaycan Silahlı Qüvvələri strateji cəhətdən əhəmiyyətli daha bir yaşayış məntəqəsini - dövlət başçısının həmin gün Sugovuşan tarixi adını qaytardığı Madagiz kəndini azad edib. Həmin gün Tərtər rayonunun Talış kəndinin, Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərinin və Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndinin azad edildiyi məlum oldu.
Oktyabrın 4-də Azərbaycan ordusu Cəbrayıl şəhərini və Cəbrayıl rayonunun doqquz kəndini - Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Dəcəl, Mahmudlu, Cəfərabadı azad edib.
 Oktyabrın 5-də Azərbaycan ordusu Cəbrayıl rayonunun Şıxalıağalı, Məzrə və Sarıcalı kəndlərini azad edib.
Oktyabrın 9-da Hadrut qəsəbəsi, Çaylı, Yuxarı Güzlək, Gorazıllı, Qışlaq, Qaracallı, Əfəndilər, Süleymanlı, Sur kəndləri işğaldan azad edilib.
Oktyabrın 14-də Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu, Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri işğaldan azad edilib.

Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (625)

Əsas mövzular