04:44 23 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
QARABAĞ
Qısa URL
12610

Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan Silahlı Qüvvələrinin polkovniki Vahan Asatryanın Azərbaycan ordusu tərəfindən məhv edildiyini bildirib.

BAKI, 15 oktyabr — Sputnik. Ermənistan Silahlı Qüvvələrinin polkovniki Vahan Asatryan məhv edilib. Sputnik Azərbaycan xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan öz "Facebook" səhifəsində yazıb.

Ermənistan Baş naziri qeyd edib ki, Vahan Asatryan həmçinin hərbi hissə komandiri də olub.

Qeyd edək ki, sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlardan, minaatanlardan və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Ermənistan silahlı birləşmələrinin hərbi fəallığının qarşısını almaq və dinc əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı qoşunların cəbhə boyu əks-hücum əməliyyatına başlayıb.

Azərbaycan ordusunun əks-hücum əməliyyatı zamanı Cəbrayıl rayonu, Hadrut qəsəbəsi də daxil olmaqla bir sıra yaşayış məntəqələrimiz işğaldan azad olunub.

Əlaqədar

Azərbaycanda həbsdə olan erməni hərbçisi Paşinyana müraciət etdi
Cəbhə xəttində daha bir erməni hərbçisi öldürülüb
Azərbaycan hərbçisi qərargaha toplaşan erməni zabitlərini məhv edib
Ermənilər itkilərini açıqladı: 157 erməni hərbçisi öldürülüb
Qarabağda erməni hərbçisi həlak oldu

Əsas mövzular