QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Məhv edilən erməni raket kompleksinin start mövqeyinə çıxarılmasının VİDEOsübutu

© Sputnik / Igor Russak / Mediabanka keçidПуск ракеты "Точка-У", фото из архива
Пуск ракеты Точка-У, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Mülki insanların təhlükəsizliyini təmin etmək məqsədilə legitim hərbi hədəf kimi start vəziyyətində olan raketlər qabaqlayıcı dəqiq zərbə ilə sıradan çıxarılmışdır

BAKI, 14 oktyabr — Sputnik. Azərbaycan Müdafiə Nazirliyi bölmələrimiz tərəfindən məhv edilən Ermənistan silahlı qüvvələrinə məxsus əməliyyat-taktiki raket komplekslərinin (ƏTRK) mülki əhalimiz və yaşayış məntəqələrimizi atəşə tutmaq məqsədilə start mövqeyinə çıxarılmasının videogörüntülərini təqdim edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, oktyabrın 14-ü saat 08:36 radələrində Ermənistan Respublikasının Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonuna yaxın sərhədyanı ərazilərində Ermənistan silahlı qüvvələri növbəti əməliyyat-taktiki ballistik raket kompleksinin start vəziyyətinə gətirildiyi müşahidə edilmişdir.

Mülki insanlar arasında tələfata səbəb olmaq, mülki infrastruktura xələl yetirmək məqsədilə operativ-taktiki raketlər Gəncə, Mingəçevir və digər şəhərlərə doğru hədəflənmişdi.

Mülki insanların təhlükəsizliyini təmin etmək məqsədilə legitim hərbi hədəf kimi start vəziyyətində olan raketlər qabaqlayıcı dəqiq zərbə ilə sıradan çıxarılmışdır.

Bundan əvvəl saat 01:00 radələrində həmin istiqamət üzrə start vəziyyətinə gətirilmiş əməliyyat-taktiki raket kompleksi də dəqiq zərbə ilə məhv edilmişdi.

Raketlərin atəş vəziyyətinə gətirildiyi məntəqələrdə hər hansı mülki infrastruktur və obyektlər olmamışdır.

Xəbər lenti
0