10:49 27 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
QARABAĞ
Qısa URL
141 0 0

Türkiyənin məşhur müğənnisi özünün "Instagram" səhifəsində Azərbaycana dəstək ifadə edən paylaşım edib.

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 14 oktyabr — Sputnik. Ermənistan silahlı qüvvələri sentyabrın 27-də təxribata əl atdıqdan sonra Azərbaycanın dinc yaşayış məntəqələrini atəşə tutmağa davam edir. Sputnik Azərbaycan xəbər verir ki, son günlər davam edən müharibəyə qardaş Türkiyənin məşhur sənət adamları da dəstək veriblər. Bu dəfə bu axına Murad Boz da qoşulub. Belə ki, Türkiyənin məşhur müğənnisi özünün "Instagram" səhifəsində Azərbaycana dəstək ifadə edən "Qarabağ Azərbaycandır!" adlı paylaşım edib.

Murat Bozun statusu

Onu da bildirək ki, Türkiyənin məşhur "Aşk-ı Memnu" serialının ulduzu, tanınmış türk aktrisa Nebahat Çehre də Azərbaycana dəstək olub. Aktrisa bir milyona yaxın izləyicisi olan rəsmi "Instagram" hesabında Azərbaycan və Türkiyə bayraqlarının yan-yana fotosunu paylaşaraq birlik və bərabərlik mesajı verib. N.Çehre paylaşımına "Yanınızdayıq" şərhini yazıb.

Əlaqədar

Mahsun Kırmızıgül Gəncədə baş verən erməni terroruna qarşı münasibətini bildirib
Dünya futbolunun türk ulduzu Azərbaycana dəstəyini ifadə etdi

Əsas mövzular