13:54 24 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
QARABAĞ
Qısa URL
31 0 0

Bununla belə cəbhəboyu 24 saat fasiləsiz xidmət göstərən "Azərişıq" əməkdaşları qısa vaxtda bu qəzaları aradan qaldırıblar

BAKI, 14 oktyabr — Sputnik. Erməni silahlı qüvvələrinin yaşayış məntəqələrini atəşə tutması nəticəsində müxtəlif gərginlikli xətlər 330 dəfəyədək vurulub, həmçinin 270-dən çox transformator və 1200-dək dayaq yararsız hala düşüb. Bu barədə Sputnik Azərbaycan-a "Azərişıq" ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda deyilir ki, bununla belə cəbhəboyu 24 saat fasiləsiz xidmət göstərən "Azərişıq" əməkdaşları qısa vaxtda bu qəzaları aradan qaldırıblar. "Azərişıq" cəbhə xəttində işləyən əməkdaşlarının təhlükəsizliyini təmin etmək üçün əlavə tədbirlər görüb. Xüsusi təhlükəli ərazilərdə çalışan əməkdaşlar gülləkeçirməyən gödəkçə və dəbilqələrlə təmin olunub. Məqsəd əməkdaşların təhlükəsizliyini qorumaqla yanaşı, zədələnmiş xətləri ən qısa vaxtda bərpa edib hərbi hissələri, xüsusi əhəmiyyətli binaları, həmçinin abonentləri elektrik enerjisi ilə təchiz etməkdir.

Xatırladaq ki, cəbhədə yaşanan hadisələrlə əlaqədar olaraq ilk gündən etiarən "Azərişıq" sədri Vüqar Əhmədovun əmri ilə Xüsusi Qərargah yaradılıb. Sərhəd rayonlarına ezam olunan "Azərişıq" rəhbər heyəti vəziyyətə yerindəcə nəzarət edir və mütamadi olaraq əməkdaşları təlimatlandırır. Cəbhə xəttində yerləşən rayonlara ehtiyat transformatorlar, naqillər, dayaqlar, ehtiyat hissələri və texnika göndərilib. Bütün cəbhəboyu rayonlarda xüsusi əhəmiyyətli binalar əlavə olaraq generatorlarla təmin edilib. Əlavə mal-materialla təminatda heç bir problem yaşanmır. Onu da qeyd edək ki, ordu sıralarına indiyədək "Azərişıq"-dan 300-dən çox əməkdaş könüllü olaraq qoşulub.

Teqlər:
"Azərişıq", erməni təxribatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi

Əsas mövzular