01:31 25 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
QARABAĞ
Qısa URL
Azərbaycan və Ermənistan arasında müharibə (690)
81 0 0

Təbii ki, siyasi nizamlama mümkündür. Həmsədrlərin üzərində işlədiyi və hazırda da işləməyə davam etdiyi təkliflər masada qalır.

BAKI, 14 oktyabr — Sputnik. "Dağlıq Qarabağda siyasi nizamlama prosesi paralel olaraq meydanda razılaşmaların həyata keçirilməsi ilə bir getməlidir". Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov bir sıra Rusiya KİV-nə müsahibəsində bildirib.

"Hesab edirəm ki, bu kədərli hadisələr meydanda təhlükəsizlik məsələsinin həllinə də paralel olaraq siyasi prosesi aktivləşdirməyə kömək etməlidir", - deyə rusiyalı nazir qeyd edib.

"Təbii ki, siyasi nizamlama mümkündür. Həmsədrlərin üzərində işlədiyi və hazırda da işləməyə davam etdiyi təkliflər masada qalır. Bu, Qarabağın son statusunun müəyyən olunmasınadək Qarabağın təhlükəsizliyinin, Ermənistanla Qarabağ arasında etibarlı əlaqənin təminatı gözlənilməklə Qarabağın ərtafındakı rayonların mərhələli, tədricən azad olunmasıdır", - Lavrov deyib.

Sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlardan, minaatanlardan və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Ermənistan silahlı birləşmələrinin hərbi fəallığının qarşısını almaq və dinc əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı qoşunların cəbhə boyu əks-hücum əməliyyatına başlayıb.

Azərbaycan ordusunun əks-hücum əməliyyatı zamanı Cəbrayıl rayonu, Hadrut qəsəbəsi də daxil olmaqla bir sıra yaşayış məntəqələrimiz işğaldan azad olunub.

10 oktyabr saat 12:00-dan etibarən humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun meyarlarına uyğun olaraq, hərbi əsirlər və digər saxlanılan şəxslərin, həmçinin ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunub.

Bununla bağlı Rusiya tərəfinin təşəbbüsü əsasında 9-10 oktyabr tarixlərində Moskva şəhərində keçirilən görüş nəticəsində Rusiya Federasiyası, Azərbaycan Respublikası və Ermənistan Respublikasının Xarici İşlər nazirlərinin qəbul etdiyi bəyanatda deyilir.

Bəyanata əsasən, atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq.

Azərbaycan Respublikası və Ermənistan Respublikası ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə tənzimlənmənin əsas prinsipləri əsasında münaqişənin tezliklə sülh yolu ilə həlli məqsədilə substantiv danışıqlara başlayacaqlar.

Tərəflər danışıqlar formatının dəyişilməzliyini təsdiq ediblər.

Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (690)

Əlaqədar

Lavrov: "Qarabağ üzrə tərəflər hərbi xətt üzrə görüşməlidirlər"
Ombudsman UNICEF-ə müraciət etdi
Prezidentin köməkçisi: "Tərtər - erməni nasizminə qarşı Azərbaycanın Stalinqradıdır"
Tərtər orta məktəbinin həyətinə bomba atıldı
Ombudsman: Azərbaycana qarşı törədilənlər terrordur
Teqlər:
danışıqlar, erməni təcavüzü, erməni təxribatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Rusiya XİN rəhbəri Sergey Lavrov

Əsas mövzular