08:20 24 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
QARABAĞ
Qısa URL
128 0 0

"Müvafiq mesajı mən təxminən yarım saat əvvəl Azərbaycan XİN rəhbəri ilə danışığım zamanı təkrarladım. Bu siqnalı biz erməni həmkarlarımıza da göndəririk. Hesab edirəm ki, hazırda bu, davamlı atəşkəs üçün açardır"

BAKI, 14 oktyabr — Sputnik. Danışıqlar unikal idi. Lakin vurğulamaq istəyirəm ki, həlledici məqamda prezident (Rusiya Prezidenti Vladimir Putini nəzərdə tutur – red.) öz töhfəsini verdi. Çünki o bizim gecə fəaliyyətimizə nəzarət edirdi. Gecə yarısından sonra biz onunla iki dəfə danışdıq. O, zəng edirdi. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov Rusiya KİV-lərinə müsahibəsində bildirib.

"Təbii ki, Sergey Şoyqu da bizə qoşulurdu. Çünki atəşkəsin elan olunması məsələsi atəşkəsə nəzarət mexanizmi olmayacağı təqdirdə kifayət olmayacaqdı. Razılaşdırılmış sənədin ikinci bəndi də məhz bunu nəzərdə tutur. Son günlər mən bir neçə də Bakı və Yerevanda olan həmkarlarımla əlaqə saxladım. Sergey Şoyqu da həmin şeyi etmişdi, o, hər iki ölkənin müdafiə nazirləri ilə əlaqə saxlamışdı. Prezident də münaqişə tərəflərinin liderləri ilə görüşdü. Bizim əsas mesajımız bundan ibarətdir ki, hərbçilər xətti üzrə dərhal görüşmək və sənəddə nəzərdə tutulan atəşkəs rejimi haqda mexanizmi razılaşdırmaq lazımdır. Yeri gəlmişkən, bunu hələ ki heç kim müzakirə etməyə başlamayıb. Müvafiq mesajı mən təxminən yarım saat əvvəl Azərbaycan XİN rəhbəri ilə danışığım zamanı təkrarladım. Bu siqnalı biz erməni həmkarlarımıza da göndəririk. Hesab edirəm ki, hazırda bu davamlı atəşkəs üçün açardır", - deyə Lavrov qeyd edib.

Sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlardan, minaatanlardan və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Ermənistan silahlı birləşmələrinin hərbi fəallığının qarşısını almaq və dinc əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı qoşunların cəbhə boyu əks-hücum əməliyyatına başlayıb.

Azərbaycan ordusunun əks-hücum əməliyyatı zamanı Cəbrayıl rayonu, Hadrut qəsəbəsi də daxil olmaqla bir sıra yaşayış məntəqələrimiz işğaldan azad olunub.

10 oktyabr saat 12:00-dan etibarən humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun meyarlarına uyğun olaraq, hərbi əsirlər və digər saxlanılan şəxslərin, həmçinin ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunub.

Bununla bağlı Rusiya tərəfinin təşəbbüsü əsasında 9-10 oktyabr tarixlərində Moskva şəhərində keçirilən görüş nəticəsində Rusiya Federasiyası, Azərbaycan Respublikası və Ermənistan Respublikasının Xarici İşlər nazirlərinin qəbul etdiyi bəyanatda deyilir.

Bəyanata əsasən, atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq.

Azərbaycan Respublikası və Ermənistan Respublikası ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə tənzimlənmənin əsas prinsipləri əsasında münaqişənin tezliklə sülh yolu ilə həlli məqsədilə substantiv danışıqlara başlayacaqlar.

Tərəflər danışıqlar formatının dəyişilməzliyini təsdiq ediblər.

Əlaqədar

Prezidentin köməkçisi: "Tərtər - erməni nasizminə qarşı Azərbaycanın Stalinqradıdır"
Ombudsman UNICEF-ə müraciət etdi
Rusiya Müdafiə naziri azərbaycanlı və erməni həmkarına zəng edib
Ombudsman: Azərbaycana qarşı törədilənlər terrordur
Gəncə və Mingəçeviri hədəf alan Ermənistanın ballistik raket kompleksi sıradan çıxarılıb
Teqlər:
Azərbaycan XİN, erməni təxribatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Rusiya XİN rəhbəri Sergey Lavrov

Əsas mövzular