08:28 27 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
QARABAĞ
Qısa URL
Azərbaycan və Ermənistan arasında müharibə (742)
91 0 0

Rusiya Müdafiə Nazirliyinin rəsmi saytı xəbər verir ki, rusiyalı nazir tərəfləri Moskvada əldə olunan öhdəlikləri tam həcmdə icra etməyə çağırıb

BAKI, 14 oktyabr — Sputnik. Rusiyanın Müdafiə naziri Sergey Şoyqu Azərbaycan və Ermənistanın Müdafiə nazirləri Zakir HəsənovDavid Tonoyanla telefonla danışıb. Sputnik Azərbaycan Rusiya Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, rusiyalı nazir tərəfləri Moskvada əldə olunan öhdəlikləri tam həcmdə icra etməyə çağırıb.

Sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlardan, minaatanlardan və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Ermənistan silahlı birləşmələrinin hərbi fəallığının qarşısını almaq və dinc əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı qoşunların cəbhə boyu əks-hücum əməliyyatına başlayıb.

10 oktyabr saat 12:00-dan etibarən humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun meyarlarına uyğun olaraq, hərbi əsirlər və digər saxlanılan şəxslərin, həmçinin ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunub.

Bununla bağlı Rusiya tərəfinin təşəbbüsü əsasında 9-10 oktyabr tarixlərində Moskva şəhərində keçirilən görüş nəticəsində Rusiya Federasiyası, Azərbaycan Respublikası və Ermənistan Respublikasının Xarici İşlər nazirlərinin qəbul etdiyi bəyanatda deyilir.

Bəyanata əsasən, atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq.

Azərbaycan Respublikası və Ermənistan Respublikası ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə tənzimlənmənin əsas prinsipləri əsasında münaqişənin tezliklə sülh yolu ilə həlli məqsədilə substantiv danışıqlara başlayacaqlar.

Tərəflər danışıqlar formatının dəyişilməzliyini təsdiq ediblər.

Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (742)

Əlaqədar

Ombudsman: Azərbaycana qarşı törədilənlər terrordur
Ermənilər AzTV-nin maşınını atəşə tutublar, bir nəfər yaralanıb - VİDEO
Gəncə və Mingəçeviri hədəf alan Ermənistanın ballistik raket kompleksi sıradan çıxarılıb
Tərtər atəşə tutuldu, bir nəfər dinc sakin həlak oldu
Azərbaycanın mülki əhalisini hədəfə almış hərbi hədəflər zərərsizləşdirilib

Əsas mövzular