QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Baxçalı: "Ermənistan qeyd-şərtsiz öz qoşunlarını Azərbaycan ərazisindən çıxarmalıdır"

© AP Photo / Emrah GurelDövlət Baxçalı, arxiv şəkli
Dövlət Baxçalı, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) rəhbəri Dövlət Baxçalı: "Bakını atəşə tutmağa çalışanlar anlamalıdırlar ki, Yerevan gecələrdən birində buna görə cəza çəkə bilər"

BAKI, 13 oktyabr — Sputnik. Qarabağ məsələsi ilə bağlı danışıqlar yalnız Azərbaycan torpaqlarının işğaldan azad edilməsindən sonra başlamalıdır.

Sputnik Azərbaycan Anadolu Agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı çərşənbə axşamı Ankarada müxalifət partiyasının parlament fraksiyasının iclasında bildirib.

Siyasətçi Ermənistanı terrorçu dövlət adlandırıb, Ermənistanın qoşunlarını Azərbaycan ərazisindən çıxarmalı olduğunu vurğulayıb.

"Azərbaycan torpaqlarını işğaldan azad etmədən döyüşlərin dayandırılması və danışıqlar cinayət olacaq", – Baxçalı vurğulayıb.

Onun sözlərinə görə, davam edən işğal fonunda Yerevanla danışıqlar Ermənistanın cinayətlərini qanuniləşdirəcək.

"Bakını atəşə tutmağa çalışanlar anlamalıdırlar ki, Yerevan gecələrdən birində buna görə cəza çəkə bilər", – siyasətçi bildirib.

Xəbər lenti
0