08:28 27 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
QARABAĞ
Qısa URL
149 0 0

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Minsk Qrupunun 9+2 formatında toplantı keçirməsinin problemin həlli istiqamətində faydalı olacağını deyib.

BAKI, 13 oktyabr — Sputnik. Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ATƏT-in Minsk qrupunun iclasını keçirməyi təklif etdiyini dilə gətirib.

Sputnik Azərbaycan-ın məlumatına görə, Çavuşoğlu isveçli həmkarı Ann Linde ilə birgə mətbuat konfransında Minsk qrupu həmsədrlərinin Qarabağ probleminin həlli üçün konkret bir addım atmadığını dəfələrlə qeyd etdiyi xatırladıb.

Türkiyəli nazir qeyd edib ki, Ermənistan silahlı qüvvələrinin iyul ayında Tovuzda törətdiyi təxribat, eyni zamanda mülki əhaliyə qarşı hücumlar barədə A. Lindeni məlumatlandırıb.

"Türkiyə bu günə qədər münaqişənin sülh yolu ilə həllini dəstəklədiyini dəfələrlə bəyan edib. Amma bu cəhdlərin nəticəsiz qalması Ermənistanı daha da cəsarətləndirdi. Ermənistan xüsusilə azərbaycanlı mülki əhalini hədəf alır. Moskvadakı danışıqlardan əldə olunan humanitar atəşkəsdən sonra belə Ermənistan mülki əhaliyə hücum etməyə davam edir. Mülki əhali arasında xeyli sayda itki var", - deyə Çavuşoğlu bildirib.

Həmsədrlərin münaqişənin həlli istiqamətində bu günə qədər konkret addım atmadıqlarına irad bildirən Çavuşoğlu deyib:

"Minsk Qrupu olaraq 9+2 formatında toplantı keçirməkdə fayda var. Bu gün həmin təkliflə çıxış etdik. Xüsusilə də həmsədrlər Minsk Qrupuna hesabat verməlidirlər. Bu günə qədər hansı işlər görülüb, nəyi edə bilməyiblər, münaqişə niyə həllini tapmayıb və s. məsələlərə aydınlıq gətirilməlidir. Artıq bu istiqamətdə addım atmağımız lazımdır. Münaqişənin həllinin tək yolu Ermənistanın Azərbaycan torpaqlarından çıxmasıdır", - deyə Türkiyə XİN başçısı əlavə edib.

Əsas mövzular