04:12 23 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
QARABAĞ
Qısa URL
Azərbaycan və Ermənistan arasında müharibə (625)
22 0 0

Milli Məclis rəhbərliyinin və dostluq qruplarının adından 54 ölkənin parlamentlərinə 60, həmçinin 11 beynəlxalq təşkilata 21 məktub göndərilib

BAKI, 12 oktyabr — Sputnik. Milli Məclis (MM) Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binalarını ağır artilleriya və raket atəşinə tutması ilə əlaqədar bir sıra beynəlxalq təşkilatlara və milli parlamentlərə müraciətlər ünvanlayıb.

MM-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Sputnik Azərbaycan-a bildirilib ki, bu məqsədlə Milli Məclis rəhbərliyinin və dostluq qruplarının adından 54 ölkənin parlamentlərinə 60, həmçinin 11 beynəlxalq təşkilata 21 məktub göndərilib.

Məktublarda qeyd olunur ki, Ermənistan tərəfindən həyata keçirilən bu vandallıq aktı nəticəsində Azərbaycanın 10 mülki vətəndaşı həlak olub, 30-dan çox adam isə yaralanıb.

Gəncə şəhərinin fəal döyüş əməliyyatlarının aparıldığı ərazidən xeyli uzaqda yerləşdiyinin qeyd olunduğu müraciətlərdə xatırladılır ki, oktyabrın 10-da Azərbaycanın və Ermənistanın Xarici İşlər nazirlərinin Rusiyanın vasitəçiliyi ilə Moskvada keçirilən görüşündə humanitar atəşkəs barədə razılaşma əldə olunub. Lakin Ermənistan bu razılaşmadan irəli gələn öhdəliklərini yerinə yetirməkdən imtina edir və öz təcavüzkar siyasətini daha da genişləndirməyə çalışır.

Məktublarda daha sonra Ermənistanın Gəncə şəhəri ilə yanaşı, sənaye infrastrukturunun, Cənubi Qafqazın ən böyük elektrik stansiyasının yerləşdiyi Mingəçevir şəhərini və digər yaşayış məntəqələrimizi də ağır artilleriya, həmçinin raket atəşinə tutduğu qeyd olunur.

Müraciətlərdə vurğulanır ki, Ermənistanın mülki əhalini və mülki obyektləri hədəfə alan bu hücumları müharibə cinayətidir və beynəlxalq hüququn, o cümlədən 1949-cu ildə qəbul olunmuş Cenevrə Konvensiyasının və digər beynəlxalq sənədlərin tələblərinin kobud şəkildə pozulması deməkdir.

Məktublarda bu hadisələrə beynəlxalq ictimaiyyət tərəfindən adekvat münasibətin bildirilməsinə çağırış olunur. Qeyd edilir ki, heç kim mülki əhalinin hədəfə alınmasına yönəlmiş bu cür təcavüz aktlarına biganə qalmamalıdır.

Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (625)

Əlaqədar

Baş prokuror rusiyalı həmkarını Gəncədə erməni terroru barədə məlumatlandırdı
Gəncədə oğullarını cəbhəyə göndərən tibb işçisi erməni raketindən həlak oldu – VİDEO
Xarici diplomatlar Gəncədə törədilən cinayətin fəsadlarını öz gözləri ilə görüblər – VİDEO
Gəncənin narahat gecəsi və qorxmaz sakinlər: "Uşaqlar yaralanıblar. Bəs belə olar?" - FOTO
Gəncədə yaralananların 10-u məktəblidir
Gəncədə raket zərbəsindən xəsarət alanlardan daha bir nəfər dünyasını dəyişdi
Teqlər:
beynəlxalq təşkilat, Milli Məclis, raket zərbələri, ölənlər və yaralılar, erməni təxribatı, Gəncə

Əsas mövzular