23:59 26 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
QARABAĞ
Qısa URL
Azərbaycan və Ermənistan arasında müharibə (741)
11910

İdarə rəisi qeyd edib ki, bu gün Ermənistan Azərbaycanın qədim və böyük şəhərlərindən olan Gəncəni raket atəşinə məruz qoyub, nəticədə xeyli sayda mülki insan həlak olub və xəsarət alıb

BAKI, 11 oktyabr - Sputnik. “Sentyabrın 27-dən etibarən Ermənistanın Azərbaycana qarşı genişmiqyaslı təxribatları başlayıb”.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, bunu bu gün Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi attaşelərə və beynəlxalq təşkilatların (BMT, Aİ, BQXK) ölkəmizdəki nümayəndələri üçün keçirilən brifinqdə Müdafiə Nazirliyinin (MN) Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi, general-mayor Hüseyn Mahmudov deyib.

O bildirib ki, Azərbaycan öz vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün əks-həmlə əməliyyatına başlayıb: “Əks-həmlə əməliyyatı beynəlxalq hüquq normaları çərçivəsində həyata keçirilir. Azərbaycan Ordusu yalnız Ermənistanın hərbi texnikasını hədəfə alır. Lakin Ermənistan tərəfi Azərbaycanın mülki əhalisini hədəfə alır, hətta təmas xəttindən uzaqda yerləşən şəhərlərə raket atır”.

İdarə rəisi qeyd edib ki, bu gün Ermənistan Azərbaycanın qədim və böyük şəhərlərindən olan Gəncəni raket atəşinə məruz qoyub, nəticədə xeyli sayda mülki insan həlak olub və xəsarət alıb.

Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (741)

Əlaqədar

Ceyhun Bayramov: "Ermənistanın atəşkəs çağırışları riyakarlıqdan başqa bir şey deyil"
Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan humanitar atəşkəs rejiminə əməl etmir
Atəşkəsi Ermənistan pozur, Avropa İttifaqı hər iki tərəfə səslənir
Azərbaycanın 41 dinc sakini Ermənistanın hücumu nəticəsində həlak olub
HHM bölmələrimiz Mingəçevirə tərəf uçan Ermənistan PUA-sını belə məhv etdi - VİDEO
Teqlər:
Müdafiə Nazirıiyi, erməni təxribatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi

Əsas mövzular