07:45 27 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
QARABAĞ
Qısa URL
Azərbaycan və Ermənistan arasında müharibə (741)
9601

Atəşkəs başlayar-başlamaz Ermənistan tərəfi Azərbaycanın rayon, şəhər və kəndlərini, hətta cəbhə xəttindən uzaqda olan yaşayış məntəqələrini belə atəşə tutmağa başlayıb

BAKI, 11 oktyabr - Sputnik. Avropa İttifaqının başçısı Şarl Mişel Dağlıq Qarabağda münaqişə tərəflərini əldə edilmiş humanitar atəşkəs barədə razılaşmaya riayət etməyə çağırıb.

“Ermənistanla Azərbaycan arasında humanitar atəşkəs – deeskalasiya yolunda vacib addımdır. Mən tərəfləri daha böyük zorakılığın qarşısının alınması üçün atəşkəsə riayət etməyə, mülki şəxsləri təhlükəyə atmamağa səsləyirəm”, - deyə Mişel Twitter-də yazıb.

Onun sözlərinə görə, dərhal və hər hansı ilkin şərt olmadan danışıqları bərpa etmək lazımdır.

Sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlardan, minaatanlardan və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Ermənistan silahlı birləşmələrinin hərbi fəallığının qarşısını almaq və dinc əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı qoşunların cəbhə boyu əks-hücum əməliyyatına başlayıb.
10 oktyabr saat 12:00-dan etibarən humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun meyarlarına uyğun olaraq, hərbi əsirlər və digər saxlanılan şəxslərin, həmçinin ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunub.

Atəşkəs başlayar-başlamaz Ermənistan tərəfi Azərbaycanın rayon, şəhər və kəndlərini, hətta cəbhə xəttindən uzaqda olan yaşayış məntəqələrini belə atəşə tutmağa başlayıb. Gecə 2 radələrində Gəncə şəhərinə Ermənistan ərazisindən atılan raket yaşayış binalarını dağıdıb, 9 nəfər ölüb, 30-dan çox insan yaralanıb. Ötən gecə və bu gün ərzində Azərbaycan Müdafiə Nazirliyi müxtəlif yaşayış mıntəqələrimizin Ermənistan SQ tərəfindən atəşə tutulduğu barədə məlumatlar yayıb. Bir qədər əvvəl aldığımız məlumata görə, hazırda Ermənistan silahlı qüvvələri Ağdam, Tərtər, Ağcabədi və Füzuli rayonlarının kəndlərini atəşə tutur.

Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (741)

Əlaqədar

Guya atəşkəsdir: Ermənistan kəndlərimizi atəşə tutur
Gəncəyə "Toçka-U" raketinin düşmə anı - VİDEO
Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan humanitar atəşkəs rejiminə əməl etmir
Kamran Əliyev Gəncə hücumu barədə: "Terror aktı ilə bağlı cinayət işi başlanılıb"
Azərbaycanın 41 dinc sakini Ermənistanın hücumu nəticəsində həlak olub
Teqlər:
Şarl Mişel, Avropa İttifaqı, Atəşkəsin pozulması, erməni təxribatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi

Əsas mövzular