23:52 26 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
QARABAĞ
Qısa URL
Azərbaycan və Ermənistan arasında müharibə (741)
62 0 0

"Elə döyüşdəki uğursuzluqlarının, acizliklərinin nəticəsidir ki, onlar hər zaman olduğu kimi xaincəsinə mülki insanlara qarşı hücumlar həyata keçirirlər. Bu, şərəfsizlikdir, alçaqlıqdır. Azərbaycan Silahlı Qüvvələri onların layiqli cavabını verməyə davam edir"

BAKI, 11 oktyabr — Sputnik. "Hazırda Azərbaycan tərəfindən vəziyyətin qiymətləndirməsi işləri həyata keçirilir".

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Gəncədə yerli və xarici jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bütün beynəlxalq ictimaiyyətə də bu məlumat verilib: “Ermənistan tərəfindən yenə də öz silahlı qüvvətlərindən istifadə edərək Azərbaycanın mülki şəxslərinə qarşı bu kimi xain əməllər həyata keçiriləcəyi təqdirdə, Azərbaycan da beynəlxalq humanitar hüquq və Cenevrə Konvensiyası əsasında bu hüququ özündə saxlayır ki, legitim hərbi hədəflərə qarşı zəruri tədbirləri görsün”.

Prezidentin köməkçisi həmçinin bildirib ki, Gəncədə baş verənlər Ermənistan tərəfindən birmənalı şəkildə məqsədli həyata keçirilir və baş verənlər Ermənistanın əsl simasını göstərir.

“Bu bir daha göstərir ki, Ermənistan tərəfi ümumiyyətlə, hər hansı formada öz öhdəliklərinə sadiq tərəf ola bilməz. Baş verənlər Ermənistanın qeyri-ciddi tərəf olduğunu növbəti dəfə göstərir. Biz bunu Azərbaycan xalqına qarşı Ermənistanın həyata keçirdiyi növbəti genosid aktı kimi qiymətləndiririk. Biz ermənilərin bu kimi genosid aktlarını çox yaxşı bilirik.

Onlar 90-cı illərin əvvəlində də Xocalıda Azərbaycan xalqına qarşı soyqırımı əməlləri törətmişdilər. Amma bu gün onların qarşısında güclü Azərbaycan dövləti, güclü Azərbaycan Ordusu var. Onlara qalmış olsaydı, bu kimi cinayət əməllərini bəlkə də daha böyük miqyasda həyata keçirərdilər. Amma Azərbaycanın bu gün rəşadətli Silahlı Qüvvələri onların bütün atəş məntəqələrini darmadağın edir.

Elə döyüşdəki uğursuzluqlarının, acizliklərinin nəticəsidir ki, onlar hər zaman olduğu kimi xaincəsinə mülki insanlara qarşı hücumlar həyata keçirirlər. Bu, şərəfsizlikdir, alçaqlıqdır. Azərbaycan Silahlı Qüvvələri onların layiqli cavabını verməyə davam edir. Beynəlxalq ictimaiyyət bilməlidir ki, baş vermiş hadisələrə görə məsuliyyət tam şəkildə Ermənistanın siyasi rəhbərliyinin üzərinə düşür”, - deyə H. Hacıyev qeyd edib.

Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (741)

Əlaqədar

Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan humanitar atəşkəs rejiminə əməl etmir
“Ermənistan yalvarıb, atəşkəsə çağırışlar edirdi, bunun ardınca Gəncəni atəşə tutub”
HHM bölmələrimiz Mingəçevirə tərəf uçan Ermənistan PUA-sını belə məhv etdi - VİDEO
Tərtər yenə mərmi yağışı altında – şəhərdən son kadrlar
Ermənistan ordusunun Gəncəyə atdığı raketdən ölənlərin sayı 9 oldu
Teqlər:
Hikmət Hacıyev, adekvat cavab, Azərbaycan ordusu, Gəncə, erməni təxribatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi

Əsas mövzular