10:01 27 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
QARABAĞ
Qısa URL
187 0 0

Ermənistan ordusunun Gəncənin mərkəzindəki çoxmənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində 3-ü qadın olmaqla 7 nəfər həlak olub, 16 qadın, 6 azyaşlı olmaqla 34 nəfər yaralanıb

BAKI, 11 oktyabr — Sputnik. Məlum olduğu kimi, işğalçı Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, habelə 10 oktyabr 2020-ci il tarixdə saat 12:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə alıb yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutaraq terror əməllərini davam etdirir.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğunun məlumatında deyilir.

Qeyd olunur ki, bununla belə, düşmən xarici kütləvi informasiya vasitələrində, o cümlədən sosial şəbəkələrdə törətdiyi cinayətləri pərdələməyə, həmin əməllərdən boyun qaçırmağa yönələn xəbərləri tirajlamaqla qanunsuz əməllərini təkzib etməyə cəhdlər göstərir.

Lakin hadisə yerindən yerli və xarici media nümayəndələrinin yaydığı foto və videogörüntülər bu yalanları ifşa etməkdədir.

Ermənistan silahlı qüvvələrinin 11.10.2020-ci il tarixdə gecə saat 2 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən çox mənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində 3-ü qadın olmaqla 7 nəfər həlak olub, 16 qadın, 6 azyaşlı olmaqla 34 nəfər yaralanıb, həmçinin 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektlərə ziyan dəyib.

Hazırda hadisə yerində olan prokurorluq əməkdaşları tərəfindən zərərçəkmiş şəxslərin və zərər dəymiş mülki infrastruktur obyektlərin siyahısının dəqiqləşdirilməsi ilə bağlı istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

İctimaiyyətə ətraflı məlumat veriləcək.

Əlaqədar

Gəncədə Ermənistanın raket hücumundan ölənlərin sayı arta bilər - Ombudsman
Ermənistanın raket hücumu nəticəsində Gəncədə 7 nəfər ölüb - Hikmət Hacıyev
Ermənistanın raket hücumundan sonra Gəncədə son vəziyyət - video
Yaralanmış şəhər: Gəncədə dağıdılmış evdən fotoreportaj
Ermənilər öz əsgərlərinin cəsədlərini yığan tibb işçisini yaraladılar
Teqlər:
istintaq-əməliyyat tədbirləri, Baş Prokurorluq, ölənlər və yaralılar, dinc sakinlər, raket zərbələri, Gəncə, erməni təxribatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi

Əsas mövzular