06:53 24 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
QARABAĞ
Qısa URL
Azərbaycan və Ermənistan arasında müharibə (659)
88 0 0

10 oktyabr saat 12:00-dan etibarən humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun meyarlarına uyğun olaraq, hərbi əsirlər və digər saxlanılan şəxslərin, həmçinin ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunub

BAKI, 11 oktyabr — Sputnik. Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan ordusunun Mingəçeviri hədəf alması ilə bağlı Twitter-də paylaşım edib.

“Mülki aviaşirkətlər vasitəsi ilə çatdırılan humanitar yardım adı altında Ermənistan yeni “Smerç” raketləri alıb və dərhal Mingəçevirdə mülki əhaliyə, kritik əhəmiyyətə malik enerji infrastrukturuna hücum edib. Sivil dünya ilə Ermənistan arasındakı boşluğu görün”, - deyə Prezidentin köməkçisi qeyd edib.

​Sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlardan, minaatanlardan və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.
Ermənistan silahlı birləşmələrinin hərbi fəallığının qarşısını almaq və dinc əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı qoşunların cəbhə boyu əks-hücum əməliyyatına başlayıb.
10 oktyabr saat 12:00-dan etibarən humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun meyarlarına uyğun olaraq, hərbi əsirlər və digər saxlanılan şəxslərin, həmçinin ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunub.
Bununla bağlı Rusiya tərəfinin təşəbbüsü əsasında 9-10 oktyabr tarixlərində Moskva şəhərində keçirilən görüş nəticəsində Rusiya Federasiyası, Azərbaycan Respublikası və Ermənistan Respublikasının Xarici İşlər nazirlərinin qəbul etdiyi bəyanatda deyilir.
Bəyanata əsasən, atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq.
Azərbaycan Respublikası və Ermənistan Respublikası ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə tənzimlənmənin əsas prinsipləri əsasında münaqişənin tezliklə sülh yolu ilə həlli məqsədilə substantiv danışıqlara başlayacaqlar.
Tərəflər danışıqlar formatının dəyişilməzliyini təsdiq ediblər.

Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (659)

Əlaqədar

Ermənistan Mingəçevir Su Elektrik Stansiyasını hədəfə alıb
Ermənistanın raket hücumu nəticəsində Gəncədə 7 nəfər ölüb - Hikmət Hacıyev
Ermənistan Mingəçevir şəhərinə NATO kod adlı "SCUD" ballistik raketini buraxıb
Ermənistanın Mingəçevirə uçmağa cəhd edən PUA-sı məhv edilib
Gəncə yenə Ermənistan tərəfdən atəşə tutulur

Əsas mövzular