04:21 23 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
QARABAĞ
Qısa URL
15301

Ermənistan azərbaycanlı mülki insanlara hücum etmək üçün humanitar atəşkəsin arxasında gizlənir - Hikmət Hacıyev

BAKI, 11 oktyabr - Sputnik. “İndiyə olan məlumata görə, qadınlar da daxil olmaqla 7 + mülki şəxs öldürülüb”.

Sputnik Azərbaycan bildirir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında yazıb.

O bildirib ki, gecə yarısı Gəncə şəhəri Ermənistanın raket hücumuna məruz qalıb: "Üç yaşayış binası dağıdılıb. İndiyə olan məlumata görə, qadınlar da daxil olmaqla 7-dən çox mülki şəxs öldürülüb. 33 uşaq ağır yaralanıb. Ermənistan azərbaycanlı mülki insanlara hücum etmək üçün humanitar atəşkəsin arxasında gizlənir”.

Əlaqədar

Gəncənin raket atəşinə tutulması nəticəsində 5 nəfər həlak olub
Ermənistan Mingəçevir Su Elektrik Stansiyasını hədəfə alıb
Gəncədə dağıntılar altından xəsarət alanlar və beş nəfərin cəsədi çıxarılıb
Ermənistanın Mingəçevirə uçmağa cəhd edən PUA-sı məhv edilib
Gəncə yenə Ermənistan tərəfdən atəşə tutulur
Teqlər:
ölənlər və yaralılar, yaşayış evləri, Gəncə, raket zərbələri, erməni təxribatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi

Əsas mövzular