QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

İtirilmiş mövqeləri bərpa etməyə çalışan Ermənistan yenə itki verdi

© AR Ministry of DefenceArtilleriya bölmələrinin atəşi
Artilleriya bölmələrinin atəşi - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Müdafiə Nazirliyi: "İtirilmiş mövqelərini geri qaytarmağa cəhd göstərən düşmən itki verərək qaçmağa məcbur edilib"

BAKI, 10 oktyabr — Sputnik. Ermənistan Silahlı qüvvələri itirilmiş mövqelərini geri qaytarmağa cəhd göstərərkən itki verərək qaçmağa məcbur edilib. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, humanitar atəşkəs rejiminə əməl etməyən Ermənistan silahlı qüvvələrinin bölmələri qüvvə və vasitələri cəmləşdirərək cəbhənin müxtəlif istiqamətlərində hücum etməyə cəhd göstərib.

Düşmən günorta saatlarında Tuğ kəndi istiqamətindən Hadrut istiqamətində, Aragül və Banazur istiqamətlərindən isə Cəbrayıl istiqamətində hücum etməyə cəhd göstərib.

Bölmələrimizin gördüyü qabaqlayıcı tədbirlər nəticəsində xeyli canlı qüvvə və döyüş texnikasını itirən düşmən geri çəkilməyə məcbur edilib. Müdafiəni düzgün təşkil edən bölmələrimiz düşmənin irəliləməsinin qarşısını alıb, onu tələyə salaraq darmadağın edib. Döyüş toqquşması nəticədə düşmənin 38 nəfər canlı qüvvəsi, 2 ədəd BM-21 "Qrad" yaylım atəşli reaktiv sistemi, 7 ədəd topu və sursatla dolu 2 yük maşını məhv edilib.

Qoşunlarımız hazırda bütün cəbhə boyu əməliyyat üstünlüyünə malikdir.

Xəbər lenti
0