05:52 22 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
QARABAĞ
Qısa URL
137 0 0

Ceyhun Bayramov: "Ermənistan tərəfindən atəşkəs üçün çoxsaylı müraciətlər oldu, müxtəlif beynəlxalq təşkilatlar da bu çağırışlarla çıxış edirdi. Lakin razılaşma qüvvəyə minəndə, atəşkəs Ermənistan tərəfindən kobudcasına pozulur".

BAKI, 10 oktyabr — Sputnik. Dünənki danışıqların və qəbul olunmuş bəyanatın qiymətləndirilməsi ondan ibarətdir ki, humanitar əsaslarla atəşkəs elan olunması ilə bağlı çoxsaylı müraciətlər vardı.

Sputnik Azərbaycan xəbər verir ki, bunu oktyabrın 10-d a keçirilən mətbuat konfransında Xarici İşlər naziri Ceyhun Bayramov bildirib.

O qeyd edib ki, bir neçə gün əvvəl Rusiya Prezidenti Vladimir Putin də belə bir təşəbbüslə çıxış etmişdi.

"Biz bu təşəbbüsü yüksək qiymətləndiririk. Bilirsiniz ki, Rusiya Prezidentinin Azərbaycan Prezidenti və Ermənistan Baş naziri ilə danışıqlarından sonra Moskvada belə bir görüş baş tutub. Uzun müzakirələrdən sonra bəyanat qəbul edilib", - deyə nazir bildirib.

Onun sözlərinə görə, burada məqsəd Beynəlxalq Qızıl Xaç Komitəsinin də cəlb edilməsi ilə meyitlərin, əsir və girovların mübadiləsini həyata keçirməkdir.

Nazir qeyd edib ki, sözügedən sənəddə əlavə maddələr də var. Həmin maddələrə əsasən, Ermənistan üzərinə öhdəlik götürüb ki, danışıqların baza prinsiplərinə qayıtsın, atəşin dayandırılmasından sonra tez bir vaxtda substantiv danışıqlara başlansın. Bəyanatda həmçinin danışıqlar formatının dəyişdirilməsinin qeyri-mümkünlüyü barədə də maddə var. Bayramov bunun səbəbini belə izah edib:

"Çünki format son vaxtlar Ermənistan tərəfindən şübhə altına alınırdı. Danışıqlar formatı deyəndə, biz danışıqların Azərbaycan və Ermənistan arasında aparıldığını nəzərdə tuturuq. Ermənistan tərəfdən hansısa üçüncü tərəfin danışıqlara cəlb olunması cəhdi Azərbaycan tərəfindən rədd edilir. Bu sənəddə biz həmin məsələyə növbəti dəfə nöqtə qoyduq".

Azərbaycanlı nazir atəşkəsin elan olunmasından bir neçə saat keçməsinə baxmayaraq, hələ də Ermənistanın buna əməl etmədiyini, bir neçə istiqamətdə əks-hücuma keçməyə cəhd göstərdiyini və Azərbaycan Ordusu tərəfindən geri oturdulduğunu diqqətə çatdırıb:

"Bütün bunlar təəssüf doğurur. Çünki Ermənistan növbəti dəfə ikiüzlülüyünü nümayiş etdirir. Ermənistan tərəfindən atəşkəs üçün çoxsaylı müraciətlər oldu, eyni zamanda müxtəlif beynəlxalq təşkilatlar da bu çağırışlarla çıxış edirdi. Lakin razılaşma qüvvəyə minəndə, atəşkəs Ermənistan tərəfindən kobudcasına pozulur. Atəşkəsdən hələlik bir neçə saat keçir. Yəqin ki, bir qədər sonra vəziyyətə daha dəqiq qiymət vermək mümkün olacaq".

Qeyd edək ki, sözügedən brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, "Ermənistan humanitar əsaslarla atəşkəs üçün yalvardı".

Əlaqədar

Rusiya balansı gözlədi - Ceyhun Bayramov
Ermənistan atəşkəsi pozmaqda davam edərsə, Azərbaycan cavab verəcək - Hikmət Hacıyev
Atəşkəsin müddəti və Ermənistanın ərazilərimizdən çıxması cədvəli sənəddə əksini tapmayıb
Türkiyə artıq masadadır - Prezidentin köməkçisi
Hərbi əməliyyatların bərpa edilməsi riski hər zaman mövcuddur - Nazir

Əsas mövzular