02:47 20 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
QARABAĞ
Qısa URL
26741

Türkiyə XİN: Azərbaycan 30 ilə yaxındır işğal altında olan ərazilərini öz imkanları və özünəinamı ilə qaytara biləcəyini həm Ermənistana, həm də bütün dünyaya göstərib.

BAKI, 10 oktyabr — Sputnik. "Azərbaycan və Ermənistan arasında bu gün yerli vaxtla saat 12:00-dan cəbhə xəttində atəşkəs elan edilib. Azərbaycan Ermənistana son dəfə işğal etdiyi ərazilərdən çəkilmək imkanı verib".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Türkiyə XİN-dən yayılan bəyanatda belə bildirilib.

Qeyd edilib ki, sentyabrın 27-də başlayan silahlı qarşıdurmada Azərbaycan 30 ilə yaxındır işğal altında olan ərazilərini öz imkanları və özünəinamı ilə qaytara biləcəyini həm Ermənistana, həm də bütün dünyaya göstərib.

"Bu müddətdə bütün dünyadan insani səbəblərdən dolayı atəşkəs tələbləri gəlib. Azərbaycan da son dəfə Ermənistana işğal etdiyi ərazilərdən çəkilməyi üçün bir fürsət verib. Humanitar reallıqlar baxımından əsirlərin və meyitlərin dəyişdirilməsi məqsədi ilə elan edildiyi bildirilən atəşkəs, önəmli bir ilk addımdır. Lakin bu, münaqişənin daimi həllini əvəz etməyəcək. Türkiyə lap əvvəldən ancaq Azərbaycanın "hə" deyəcəyi çözümləri dəstəkləyəcəyini vurğulayıb. Bu mənada, meydanda və masada Can Azərbaycanın yanında olmağa davam edəcəyik", - açıqlamada vurğulanıb.

Əlaqədar

Ermənistan atəşkəsə əməl etmir: Tərtər və Ağdam yenə atəşə tutulur
Atəşkəs başlamazdan əvvəl Ermənistanın artilleriya qurğuları məhv edilib-video
Mövlud Çavuşoğlu Moskva görüşü barədə: Azərbaycanın verdiyi qərarları dəstəkləyirik

Əsas mövzular