08:19 27 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
QARABAĞ
Qısa URL
98 0 0

Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinə məxsus artilleriya qurğularının məhv edilməsinin videogörüntüsünü yayıb.

BAKI, 10 oktyabr — Sputnik. Ermənistan silahlı qüvvələrinə məxsus artilleriya qurğuları məhv edilib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Xatırladaq ki, bu gün saat 12:00-dan etibarən humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun meyarlarına uyğun olaraq, hərbi əsirlər və digər saxlanılan şəxslərшт, həmçinin ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunur.

Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı Rusiya tərəfinin təşəbbüsü əsasında 9-10 oktyabr tarixlərində Moskva şəhərində keçirilən görüş nəticəsində Rusiya Federasiyası, Azərbaycan Respublikası və Ermənistan Respublikasının Xarici İşlər nazirlərinin qəbul etdiyi bəyanatda deyilir.

Bəyanata əsasən, atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq.

Azərbaycan Respublikası və Ermənistan Respublikası ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə tənzimlənmənin əsas prinsipləri əsasında münaqişənin tezliklə sülh yolu ilə həlli məqsədilə substantiv danışıqlara başlayacaqlar.

Tərəflər danışıqlar formatının dəyişilməzliyini təsdiq ediblər.

Əlaqədar

Gecə ərzində gərgin döyüşlər davam edib - VİDEO
Ermənistan yaşayış məntəqələrimizi intensiv atəşə tutur
Ermənistan SQ-nin zirehli tank bölməsi darmadağın edildi - video
Ermənistan SQ-nin Xocalıda yerləşən ən bahalı radilokasiya stansiyası məhv edilib

Əsas mövzular