08:36 27 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
QARABAĞ
Qısa URL
31 0 0

Müdafiə Nazirliyi növbəti dəfə bəyan edib ki, Azərbaycan Ordusu tərəfindən Ermənistan ərazisində yerləşən heç bir obyektə atəş açılmayıb və açılmır

BAKI, 10 oktyabr — Sputnik. Ermənistanın Qafan əyalətinin Yeritsvank və Artsvanik yaşayış məntəqələrinin guya Azərbaycan Ordusu tərəfindən dronlardan vurulması barədə Ermənistan müdafiə nazirliyinin yaydığı xəbər yalandır və düşmənin növbəti təxribatıdır.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı Müdafiə Nazirliyi Facebook səhifəsində paylaşıb.

Məlumatda qeyd olunur ki, Azərbaycan Müdafiə Nazirliyi bu xəbəri qəti şəkildə təkzib edir.

"Növbəti dəfə bildiririk ki, Azərbaycan Ordusu tərəfindən Ermənistan ərazisində yerləşən heç bir obyektə atəş açılmayıb və açılmır. Düşmənin yaydığı bu tip xəbərlər məqsədyönlü şəkildə həyata keçirilən təxribatdır", - deyə MN bildirib.

Əlaqədar

MN: Ermənistan Xocalıdan Hadrutu reaktiv sistemlərlə atəşə tutur
Ermənistan yaşayış məntəqələrimizi intensiv atəşə tutur
Mingəçevir istiqamətində atılan ballistik hədəfin qalıqlarının fotogörüntüləri yayıldı
Ermənistanın ağır döyüş texnikaları məhv edilir - video
Ermənistan SQ-nin zirehli tank bölməsi darmadağın edildi - video

Əsas mövzular