QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

"Azercosmos" Hadrutun peykdən çəkilmiş fotoşəklini paylaşdı

Abunə olmaq
Bu gün Prezident İlham Əliyev xalqa müraciətində Azərbaycan Silahlı Qüvvələrinin bir neçə yaşayış məntəqəmizi Ermənistanın işğalından azad etdiyini deyib

BAKI, 9 oktyabr — Sputnik. "Azercosmos" Milli Aerokosmik Agentliyi Ermənistan silahlı qüvvələrinin işğalından azad edilmiş Hadrut qəsəbəsinin peykdən çəkilmiş fotoşəklini paylaşıb.

Xatırladaq ki, bu gün Prezident İlham Əliyev xalqa müraciətində Azərbaycan Silahlı Qüvvələrinin bir neçə yaşayış məntəqəmizi Ermənistanın işğalından azad etdiyini deyib.

Onun sözlərinə görə, Hadrut qəsəbəsi, Çaylı, Yuxarı Güzlək, Gorazıllı, Qışlaq, Qaracallı, Əfəndilər, Süleymanlı və Sur kəndləri işğaldan azad edilib.

Sputnik Azərbaycan aerokosmik agentliyin rəsmi "Twitter" səhifəsinə istinadən həmin fotoşəkli təqdim edir.

Xəbər lenti
0