QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

İşğaldan azad olunacaq torpaqlarımızın iqtisadiyyatımıza təsiri açıqlandı

© pixabay / edarКалькулятор и ручка, фото из архива
Калькулятор и ручка, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Azərbaycanın şanlı Ordusunun torpaqlarımızı işğaldan azad etməsinin həmçinin iqtisadi inkişaf, məşğulluğun təmini, yeni iş yerlərinin yaradılması kimi müsbət təsirləri olacaq"

BAKI, 9 oktyabr — Sputnik. Milli Məclisin deputatı Vüqar Bayramov işğaldan azad olunacaq torpaqlarımızın Azərbaycan iqtisadiyyatına təsirini açıqlayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, deputat bildirib ki, Yuxarı Qarabağ iqtisadiyyatın yeni inkişaf lokomotivi olacaq:

"Azərbaycan əsgəri döyüş şəraitinə tam nəzarət edir və irəliləyir. Azərbaycanın şanlı Ordusunun torpaqlarımızı işğaldan azad etməsinin həmçinin iqtisadi inkişaf, məşğulluğun təmini, yeni iş yerlərinin yaradılması kimi müsbət təsirləri olacaq. İşğaldan azad olunacaq torpaqlarımız Azərbaycan iqtisadiyyatında xüsusi paya malik olacaq. Yuxarı Qarabağ iqtisadi rayonunun ərazisinə düşən rayon və şəhərlərimiz bərpadan sonra kifayət qədər iqtisadi potensiallı hesab olunurlar. Sözügedən iqtisadi rayona Xocalı, Şuşa, Xankəndi şəhərləri, Ağdam, Cəbrayıl, Füzuli, Xocavənd və Tərtər rayonları daxildir. Ümumi sahəsi 7248 km2 olan bu iqtisadi rayon ölkə ərazisinin 8,4%-ni təşkil edir. İqtisadi rayon polimetal filizləri, tikinti materialları (mərmər, sement xammalı, əhəng daşı), mineral bulaqlar ilə zəngin iqtisadi rayon yüksək sənaye və kənd təsərrüfatı potensialına malikdir. Eyni zamanda, işğaldan azad olunandan sonra həmin ərazilərin yüksək turizm potensialı da var. Bütövlükdə, inşallah, ərazi bütövlüyümüz tam bərpa olunduqdan sonra Yuxarı Qarabağ iqtisadi rayonu Azərbaycanda iqtisadi inkişafa xüsusi töhfə verəcək".

Xəbər lenti
0