QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Əks-hücum əməliyyatı beynəlxalq hüquq normaları çərçivəsində həyata keçirilir"

© Photo : ASANАзербайджанские военнослужащие, фото из архива
Азербайджанские военнослужащие, фото из архива  - Sputnik Azərbaycan
Abunə olmaq
"Azərbaycan şəhərlərinin Ermənistan ərazisindən raket atəşinə tutulmasını hərbi-kosmik vasitələrin köməyi ilə asanlıqla aşkar etmək olar"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 9 oktyabr — Sputnik. "Azərbaycan şəhərlərinin Ermənistan ərazisindən raket atəşinə tutulmasını hərbi-kosmik vasitələrin köməyi ilə asanlıqla aşkar etmək olar".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Nizami Səfərov bu gün keçirdiyi brifinqdə deyib.

O deyib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən əks-hücum əməliyyatı Azərbaycanın ərazi bütövlüyünün bərpası və suverenliyinin təmin edilməsinə yönəlib: "Bu əks-hücum beynəlxalq hüquq normaları çərçivəsində həyata keçirilir. Azərbaycanın fəaliyyəti BMT Nizamnaməsi və BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnaməyə əsaslanır. BMT Baş Assambleyası, müxtəlif beynəlxalq təşkilatların qəbul etdiyi bir çox qərar və qətnamələrdə qeyd edilib ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Milli Məclisin Sədri Sahibə Qafarovanın Rusiyada yüksək səviyyəli dövlət rəsmiləri ilə görüşdə də bu mövqe bəyan edilib".

Xəbər lenti
0