01:25 25 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
QARABAĞ
Qısa URL
148002

Rusiya Prezidenti Vladimir Putin Qarabağ münaqişəsinin iştirakçılarını humanitar səbəblərdən hərbi əməliyyatları dayandırmağa çağırıb.

BAKI, 9 oktyabr — Sputnik. Rəsmi Bakı və Yerevan Rusiya paytaxtı Moskvada məsləhətləşmələrdə iştirak edəcəyini təsdiqləyib. Aktiv hazırlıq gedir. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Rusiya XİN-in məlumatına görə, məsləhətləşmələr ölkələrin xarici işlər nazirləri səviyyəsində keçiriləcək.

Rusiya Prezidenti Vladimir Putin Qarabağ münaqişəsinin iştirakçılarını humanitar səbəblərdən hərbi əməliyyatları dayandırmağa çağırıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə məlumatı Kremlin mətbuat xidməti yayıb. Məlumata görə, Rusiya lideri Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla telefonla danışıb. Putin əsirlərin və ölənlərin cəsədlərinin mübadiləsi üçün bölgədəki qarşıdurmaların dayandırılmasının lazım olduğuna işarə edib.

Qeyd edək ki, sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb. Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki şəxslər həlak olublar. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.

Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları nəticəsində Füzuli-Cəbrayıl istiqamətində Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdurrəhmanlı, Böyük Mərcanlı və Nüzgar kəndləri işğaldan azad edilib. Bundan başqa, Ağdərə və Murovdağ istiqamətində ermənilərin bir neçə postu darmadağın edilib.

Azərbaycan Silahlı Qüvvələrinin bölmələri cəbhənin Goranboy istiqamətindəki strateji yüksəkliklərdən birini - Murovdağ dağ silsiləsinin Murov yüksəkliyini azad edib. Azərbaycan ordusu Talış kəndi ətrafında bir neçə strateji yüksəkliyi də Ermənistanın işğalçı qüvvələrindən təmizləyib.

Oktyabrın 3-də Azərbaycan Silahlı Qüvvələri strateji cəhətdən əhəmiyyətli daha bir yaşayış məntəqəsini - dövlət başçısının həmin gün Sugovuşan tarixi adını qaytardığı Madagiz kəndini azad edib. Həmin gün Tərtər rayonunun Talış kəndinin, Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərinin və Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndinin azad edildiyi məlum oldu.

Oktyabrın 4-də Azərbaycan ordusu Cəbrayıl şəhərini və Cəbrayıl rayonunun doqquz kəndini - Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Dəcəl, Mahmudlu, Cəfərabadı azad edib.

Oktyabrın 5-də Azərbaycan ordusu Cəbrayıl rayonunun Şıxalıağalı, Məzrə və Sarıcalı kəndlərini azad edib.

Əlaqədar

Füzuli rayonu müxtəlif istiqamətlərdən atəşə tutulub, yaralılar var
Ermənistan ordusu yaşayış məntəqələrimizi atəşə tutur
Fransanın Rusiyadakı səfiri Polad Bülbüloğlundan onu qəbul etməsini xahiş edib
İşğaldan azad olunmuş torpaqlarımızın yeni adları ilə xəritələr hazırlanır
Medvedev Mxitaryanı yerinə oturtdu: "Xoşməramlı səfir missiyasına uyğun gəlmirsən"
Teqlər:
danışıqlar, Moskva, Yerevan, Bakı, erməni təxribatı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi

Əsas mövzular