05:59 22 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
QARABAĞ
Qısa URL
6910

AMEA: Qarabağ xanı Mehdiqulu xanın I Aleksandra təqdim etdiyi bayraq Rusiya imperatorlarının məhz Cavanşir sülaləsindən olan Azərbaycan xanlarını əzəli Azərbaycan ərazisi olan Qarabağın hakimləri kimi tanımalarının maddi sübutudur.

BAKI, 9 oktyabr - Sputnik. Bakıdakı Tarix Muzeyində Qarabağ xanı Mehdiqulu xana hədiyyə edilmiş bayraq qorunur. 

Sputnik Azərbaycan AMEA-nın mətbuat xidmətinə istinadla xəbər verir ki, AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin fondlarında müxtəlif tarixi hadisələrin şahidləri olan 93 bayraq qorunur.

Həmin bayraqların sırasında Qarabağ xanı Mehdiqulu xana Rusiya imperatoru I Aleksandr tərəfindən təqdim olunan bayraq xüsusi əhəmiyyət kəsb edir.

Sözügedən bayraq Rusiya imperatorlarının məhz Cavanşir sülaləsindən olan Azərbaycan xanlarını əzəli Azərbaycan ərazisi olan Qarabağın hakimləri kimi tanımalarının maddi sübutudur, bayraq hakimiyyət rəmzi olaraq hədiyyə edilib.

Muzey tərəfindən 2019-cu ildə “Qarabağ xanı Mehdiqulu xanın bayrağı” adlı kitab çap olunub. Nəşrdə muzeyin Silahlar və Bayraqlar fondunda saxlanılan, Qarabağ xanı Mehdiqulu xana Rusiya imperatoru I Aleksandr tərəfindən 1806-cı ildə təqdim olunan bayraq haqqında məlumat verilib. Mənbə və ədəbiyyat əsasında bayrağın təqdim edildiyi tarixi şərait və təsviri şərh edilir. Kitabın müəllifi dosent Səbuhi Əhmədov, elmi redaktoru akademik Nailə Vəlixanlıdır.

Teqlər:
Qarabağ, Rusiya

Əsas mövzular