QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

İstiqamət Qarabağdır: Azad edilmiş ərazilərimizdən bir addım geri çəkilməmişik

© Photo : REPORTПресс-секретарь Министерства обороны Анар Эйвазов
Пресс-секретарь Министерства обороны Анар Эйвазов - Sputnik Azərbaycan
Abunə olmaq
Anar Eyvazov: Ordumuz əks-hücum əməliyyatı başlayandan bu günədək işğaldan azad edilmiş torpaqlardan bir addım belə geri çəkilməyib".

BAKI, 8 oktyabr — Sputnik. "Ordumuz əks-hücum əməliyyatı başlayandan bu günədək işğaldan azad edilmiş torpaqlardan bir addım belə geri çəkilməyib".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Anar Eyvazov bu gün keçirilən brifinqdə deyib.

O qeyd edib ki, ordumuz düşmənə adekvat cavab verir.

"Azərbaycan Ordusunun atəş zərbələri endirdiyi bütün hədəflər beynəlxalq hüquqa uyğun olaraq legitim xarakter daşıyır. Ordumuz əks-hücum əməliyyatı başlayandan bu günədək işğaldan azad edilmiş torpaqlardan bir addım belə geri çəkilməyib. Əksinə, əməliyyat planına uyğun bütün tədbirlər fasiləsiz davam etdirilir. İstiqamət Qarabağdır. Qələbə bizimlədir".

Xəbər lenti
0