QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Hulusi Akar: "Ermənistan həddini aşdı, bizimsə daha 30 il gözləməyə səbrimiz yoxdur"

© AFP 2023 / ADEM ALTAN Türkiyə Silahlı Qüvvələrin Baş Qərargah rəisi Hulusi Akar, 16 iyul 2016-cı il
Türkiyə Silahlı Qüvvələrin Baş Qərargah rəisi Hulusi Akar, 16 iyul 2016-cı il - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyənin Milli Müdafiə naziri: "Ermənistan Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni, oradakı mülki əhalini atəşə tutmaqla bütün sərhədləri aşıb".

BAKI, 8 oktyabr — Sputnik. Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar dünyada sülh və sabitlik yaratmaq uğrunda mübarizə aparan qurumların Dağlıq Qarabağ münaqişəsinə yanaşmasını ikiüzlülük kimi qiymətləndirib.

Sputnik Azərbaycan-ın Anadolu Agentliyinə istinadən verdiyi məlumata görə, Akar sözügedən qurumların Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki şəxslərinə qarşı hücumları qarşısında susmalarını sərt sözlərlə tənqid edib: "Xocalıda uşaq, qadın, yaşlı demədən o qədər insanı vəhşicəsinə qətlə yetirən erməni vandallarının bu hərəkətinə, Azərbaycanın torpaqlarının 20 faizini işğal etməsinə göz yuman həmin qurumlar indi tərəfləri atəşkəsə çağırmaqdansa, işğalçıların Qarabağdan çıxmasını təmin etsələr, daha doğru addım atmış olarlar. Bu təşkilatların Azərbaycanın bütün diplomatik səylərinə baxmayaraq Ermənistanın mülki şəxsləri hədəf alması qarşısında susmaları ikiüzlülükdən başqa bir şey deyil".

H.Akarın sözlərinə görə, Ermənistan Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni, oradakı mülki əhalini atəşə tutmaqla bütün sərhədləri aşıb: "Ermənistan artıq müharibənin bütün qayda-qanunlarını pozub. Bunu bütün dünya ictimaiyyətinə çatdırmaq lazımdır. Azərbaycan bu vəhşiliyin qarşısında susa bilməzdi və susmadı. Bizim bundan sonra 30 il də gözləməyə səbrimiz yoxdur".

Xəbər lenti
0