15:41 29 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
QARABAĞ
Qısa URL
274 0 0

Ermənistan silahlı qüvvələri 08.10.2020-ci il tarixində saat 4 radələrində Gəncə şəhərinə raket zərbələri endirib. Nəticədə bir neçə mülki obyektə və yaşayış binasına maddi ziyan dəyib.

BAKI, 8 oktyabr — Sputnik. Təcavüzkar Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirir.

Sputnik Azərbaycan Baş Prokurorluğun məlumatına istinadla xəbər verir ki, Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə işğalçı ölkənin silahlı qüvvələrinin yaşayış məntəqələri və silahsızlaşdırılmış zonalar, habelə hərbi hədəf olmayan, aydın görünən və fərqləndirilən obyektləri, o cümlədən mülki əhalini hədəfə almaqla 08.10.2020-ci il tarixdə saat 07 radələrində Goranboy rayonun Şahməmmədli kəndini ağır artileriyadan atəşə tutması nəticəsində həmin kənd sakini 1957-ci il təvəllüdlü Quliyeva Türyan Tofiq qızı yaşadığı evdə həlak olub, yaşadığı evə isə maddi ziyan dəyib.

Bundan başqa, düşmən ölkənin silahlı qüvvələri tərəfindən 08.10.2020-ci il tarixində saat 04 radələrində Gəncə şəhərinə raket zərbələri endirilməsi nəticəsində bir neçə mülki obyektə və yaşayış binasına, 1 avtomobilə maddi ziyan dəyib. Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisənin təfərrüatlarının müəyyən edilməsi istiqamətində zəruri istintaq tədbirləri həyata keçirilir.

Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Əlaqədar

Ermənistanın PUA-sı Ağstafada məhv edildi
Döyüşlərin 11-ci günü: Ermənistan ordusuna müxtəlif istiqamətlərdə ciddi zərbələr vurulub
Ermənistan Azərbaycanın beş rayonunu atəş altında saxlayır - MN

Əsas mövzular