QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Ermənistanın PUA-sı Ağstafada məhv edildi

© AR Ministry of DefenceErmənistana məxsus PUA
Ermənistana məxsus PUA - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən aşkar olunan Ermənistan ordusunun PUA-sı dərhal məhv edilib.

BAKI, 7 oktyabr - Sputnik. Oktyabrın 7-si saat 22.00 radələrində Ermənistana məxsus pilotsuz uçuş aparatı (PUA) Ermənistan-Azərbaycan dövlət sərhədinin Ağstafa rayonu sahəsində uçuş keçirməyə cəhd göstərib.

Sputnik Azərbaycan bildirir ki, xəbəri Müdafiə Nazirliyi yayıb.

Məlumata görə, Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən aşkar olunan düşmən PUA-sı dərhal məhv edilib.

Xəbər lenti
0