QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Azərbaycan MN: “Ermənistan müdafiə nazirliyi rəsmilərinin fantaziyaları tükənmir”

© AR Ministry of DefenseAzərbaycan Respublikası Müdafiə Nazirliyinin binası
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin binası - Sputnik Azərbaycan
Abunə olmaq
"Əslində isə onun hər dəfə bu və ya digər mövqeyin “geri qaytarılması” barədə fantastik məlumatlar verməsi Ermənistan ordusunun həmin mövqeləri itirdiyinin təsdiqidir"

BAKI, 7 oktyabr — Sputnik. Ermənistan müdafiə nazirliyinin rəsmi nümayəndələrinin fantaziyaları tükənmir. İşğalçı ordunun uğursuzluqlarından çıxılmaz vəziyyətdə qalan Ermənistan rəsmiləri uydurma və fantastik məlumatlar yaymaqla təsəlli tapırlar.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir. 

"Görünən odur ki, Ermənistan ordusunun hər gün itirdiyi mövqeləri bu ölkənin müdafiə nazirliyinin nümayəndəsi virtual aləmdə “qəhrəmancasına geri qaytarmaqla” məşğuldur.

Əslində isə onun hər dəfə bu və ya digər mövqeyin “geri qaytarılması” barədə fantastik məlumatlar verməsi Ermənistan ordusunun həmin mövqeləri itirdiyinin təsdiqidir. Qondarma rejimin və Ermənistan rəsmilərinin biri-birindən fərqli və ziddiyyətli məlumatlar yayması isə ermənilərin bu gün nə qədər acınacaqlı durumda olduğunu bir daha sübut edir", - deyə məlumatda vurğulanır.

Xəbər lenti
0