23:46 26 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
QARABAĞ
Qısa URL
Azərbaycan və Ermənistan arasında müharibə (741)
49 0 0

Rayonun Xındırıstan kəndi ərazisində yaşadığı evə mərmi düşməsi nəticəsində kənd sakini, 1945-ci il təvəllüdlü Əliyeva Zərifə Qamboy qızı həlak olub, eyni zamanda evə külli miqdarda ziyan dəyib

BAKI, 7 oktyabr — Sputnik. Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq ölkəmizin dinc əhalisinə qarşı terror əməllərini davam etdirir.

Sputnik Azərbaycan Baş Prokurorluğun məlumatına istinadla xəbər verir ki, işğalçı ölkənin silahlı qüvvələri yaşayış məntəqələrini və silahsızlaşdırılmış zonaları, habelə mülki əhalini hədəfə almaqla ağır artilleriyadan Ağdam rayonunu müxtəlif istiqamətlərdən atəşə tutub.

Rayonun Xındırıstan kəndi ərazisində yaşadığı evə mərmi düşməsi nəticəsində kənd sakini, 1945-ci il təvəllüdlü Əliyeva Zərifə Qamboy qızı həlak olub, eyni zamanda evə külli miqdarda ziyan dəyib.

Hazırda prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (741)

Əlaqədar

Bərdə-Tərtər yolunda Təcili Tibbi Yardım avtomobili vurulub - VİDEO
Ermənistan Bakı-Tbilisi-Ceyhan kəmərinə raket zərbələri endirməyə cəhd edib
Bakı: Qarabağ münaqişəsinin həllinə üçüncü tərəfin cəlb edilməsi zərurəti yoxdur
Ermənistan mülki obyektlərdə dağıntı və yanğınlar törətməkdə davam edir - FHN
"Döyüşlərin Dağlıq Qarabağın hüdudlarından kənara genişlənməsi təhlükəsi var"
Teqlər:
həlak olan, dinc sakin, Ağdam, erməni təxribatı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi

Əsas mövzular