SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ermənilərin tərəfini saxlayan Elton Con peşman oldu

© © Kevin Winter / Getty Images / AFPЭлтон Джон, фото из архива
Элтон Джон, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Mən uzun illərin sakitliyindən sonra Ermənistan və Azərbaycan arasında hərbi münaqişənin başlamasını görməkdən çox məyus oldum"

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 7 oktyabr — Sputnik. Britaniyalı musiqiçi Elton Con erməni silahlı qüvvələri tərəfindən işğal edilən Dağlıq Qarabağdakı hərbi əməliyyatlara reaksiya göstərərək, ermənilərlə həmrəylik nümayiş etdirmişdi. Onun bu statusu azərbaycanlı və türk izləyicilərinin hiddətinə səbəb olub. Onlar şərh bölməsində Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi soyqırımı, torpaqlarımızın zəbt edilməsi və bir çox tarixi faktları qeyd ediblər. Müğənni bu şərhlərdən nəticə çıxarıb, həmin statusu silib.

Публикация от Elton John (@eltonjohn)

Sputnik Azərbayan xəbər verir ki, məşhur ulduz öz "intagram" səhifəsində azərbaycanlılardan üzr istəyərək bunları yazıb: "Mən uzun illərin sakitliyindən sonra Ermənistan və Azərbaycan arasında hərbi münaqişənin başlamasını görməkdən çox məyus oldum. Hər iki ölkəni şəxsən ziyarət etmişəm və məni orada çox hərarətlə qarşılayıblar. Hər iki tərəfdən bir çox insanın həyatını itirməsi dəhşətlidir – zərərçəkmiş ailələr üçün ürəyim dağılır. Hər iki ölkədə zorakılığın dayandırılması üçün dua edirəm".

Xəbər lenti
0