QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

MN: Ermənistan "İsgəndər"dən istifadə etsə, Azərbaycan ona sarsıdıcı zərbə vuracaq

© Sputnik / Ramil Sitdikov / Mediabanka keçidРакетный комплекс "Искандер-М"
Ракетный комплекс Искандер-М - Sputnik Azərbaycan
Abunə olmaq
Zakir Həsənov: "Düşmən tərəfindən "İsgəndər" əməliyyat-taktiki raket komplekslərinin tətbiq olunacağı halda, adekvat tədbir görüləcək".

BAKI, 6 oktyabr — Sputnik. "Düşmən tərəfindən "İsgəndər" əməliyyat-taktiki raket komplekslərinin tətbiq olunacağı halda, adekvat tədbir görüləcək".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov oktyabrın 6-da Nazirlikdə keçirilən xüsusi xidməti müşavirədə deyib.

Nazir Azərbaycan Ordusuna arsenalındakı yüksək dəqiqlikli və böyük dağıdıcı qüvvəyə malik silah növlərini tətbiq etməklə düşmən tərəfinin hərbi-strateji infrastrukturuna böyük zərbələr endirməyi planlaşdırmağı əmr edib.

Qeyd edək ki, "İsgəndər" (kompleks indeksi 9K720) Rusiyanın əməliyyat-taktiki raket kompleksləri ailəsidir. Bura "İsgəndər", "İsgəndər-M", "İsgəndər-K" və "İsgəndər-E" sistemləri daxildir.

Развёртывание оперативно-тактического ракетного комплекса Искандер-М - Sputnik Azərbaycan
QARABAĞ
Paşinyan Azərbaycana qarşı "İsgəndər" və "Su-30SM" qırıcılarının tətbiqindən danışdı

"İsgəndər" raket komplekslərinin əsas təyinatı hava hücumudan müdafiə və raket hücumundan müdafiə sistemlərinin, eləcə də onların qoruduğu mühüm obyektlərin 500 kilometrə qədər uzaqlıqda məhv edilməsidir.

İlk dəfə olaraq "İsgəndər" raket kompleksi 1999-cu ilin avqustunda Moskva vilayətinin Jukovski şəhərində "MAKS" beynəlxalq aviasiya-kosmik salonunda təqdim edilib.

Bu kompleks qoşunların əməliyyat quruluşunun dərinliklərində kiçik və sahə hədəflərinin məhv edilməsi üçün nəzərdə tutulub. Taktiki nüvə silahlarının çatdırılması üçün vasitə ola biləcəyi ehtimal edilir.

Son günlər Ermənistan tərəfi tez-tez Azərbaycan ərazilərini "İsgəndər" raket kompleksi ilə vura biləcəyini bəyan edib.

Dəmir qübbə - Sputnik Azərbaycan
TƏHLİL
"Dəmir qübbə" bizi "İskəndər"dən qoruya biləcəkmi?

Xatırladaq ki, hələ 2017-ci ildə Stokholmdakı Dünya Problemlərini Araşdırma İnstitutu (SIPRI) 2015-2016-ci illərdə Azərbaycanın əldə etdiyi silahlarla bağlı hesabat hazırlayıb. İnstitut Azərbaycanın əsas silah təchizatçılarının İsrail, Türkiyə və Rusiya olduğunu bildirib. Xəbərdə qeyd olunurb ki, Azərbaycan ötən il (2016-cı ildə) İsraildən OPV-62 gözətçi gəmiləri, havadan patrul xidməti üçün Orbiter-1K sursatı, "Barak-8" zenit-raket kompleksləri, EL/M-2080 "Green Pine" hava hücumundan müdafiə sistemləri radarları, LAHAT tank əleyhinə idarə edilən yüngül raketləri, Spike-NLOS unikal raketləri, EL/M-2288 AD-STAR radarları, "Harop" hücum və kəşfiyyat xarakterli pilotsuz uçuş aparatları, "SandCat" zirehli avtomobilləri satın alıb.

Hesabatda o da qeyd olunmuşdu ki, Azərbaycan 2016-cı ildə İsrailə "Dəmir günbəz" (yaxud, "Dəmir qübbə") hava və raket hücumundan müdafiə sistemi və bu kompleks üçün "Tamir" raketlərini sifariş edib.

Məlumatlara görə, "Dəmir gübbə" "İskəndər-M"ə qarşı öz effektivliyini göstərə bilir. O, bu gün dünyada öz imkanlarına görə analoqu olmayan sistemdir. İsrail Azərbaycana ən mükəmməl kompleksi təklif edib.

Xəbər lenti
0