QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Çavuşoğlu Bakıdan dünyaya mesaj göndərdi

© Photo : Twitter / Mevlüt ÇavuşoğluAzərbaycan və Türkiyə XİN rəhbərləri Ceyhun Bayramov və Mövlüd Çavuşoğlunun görüşü
Azərbaycan və Türkiyə XİN rəhbərləri Ceyhun Bayramov və Mövlüd Çavuşoğlunun görüşü - Sputnik Azərbaycan
Abunə olmaq
Mövlud Çavuşoğlu: "Ermənistana dərhal Azərbaycanın torpaqlarından çəkil deyə bilirsinizmi? Yaxud hansısa addım ata bilirsiniz?"

BAKI, 6 oktyabr — Sputnik. Ermənistanla Azərbaycanı eyni görmək, işğalçını mükafatlandırmaq deməkdir. Dünya haqlının, yəni Azərbaycanın yanında yer almalıdır.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Bakıda Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramovla birgə mətbuata açıqlamasında bildirib.

"Dünyadan gələn çağırışlara baxırıq - dərhal atəşkəs deyirlər, yaxşı, sonra nə olacaq? İyul ayında Tovuza hücum etdilər, bu dəfə təkrar təxribata əl atdılar. Atəşkəs olsun, sonra nə olacaq? Ermənistana dərhal Azərbaycanın torpaqlarından çəkil deyə bilirsinizmi? Yaxud hansısa addım ata bilirsiniz? Minsk qrupunun həmsədrləri ilə dəfələrlə görüşdüm. Bu ilin əvvəlində də görüşdüm. Konkret bir planınız varmı soruşdum, məlum oldu ki, yoxdur", - deyə Çavuşoğlu qeyd edib.

Türkiyə Xarici İşlər naziri Ermənistanın hərəkətlərinə qarşı Türkiyə dövlətinin və xalqının Azərbaycan xalqına dəstəyini göstərmək üçün Bakıda olduğunu bildirib.

O, eyni zamanda vurğulayıb ki, Dağlıq Qarabağ Azərbaycandır: "Ermənistanın oradan çəkilməsi mövzusunda bu günlərdə beynəlxalq ictimaiyyətin birmənalı reaksiyası olmayıb. Bütün dünyanın haqlının yanında olması, həqiqətləri söyləyə bilməsi üçün mübarizəmizi davam etdirəcəyik".

Xəbər lenti
0