07:51 27 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
QARABAĞ
Qısa URL
53 0 0

Durmuş Aydın: "Dünya ictimaiyyətinin hadisələrə lazımi şəkildə reaksiya verməməsindən ruhlanan Ermənistan bütün beynəlxalq hüquq normalarını heçə sayaraq mülki şəxslərin yaşadığı Azərbaycan ərazilərini atəşə tutur".

BAKI, 6 oktyabr — Sputnik. Türkiyənin İnsan Hüquq və Azadlıqları Humanitar Yardım Fondu Azərbaycan və Ermənistan arasında davam edən Dağlıq Qarabağ münaqişəsində Bakıya dəstək olmaq məqsədilə "İndi qardaşlıq zamanıdır!" şüarı altında avtomobil karvanı təşkil edib.

Sputnik Türkiyə-nin verdiyi məlumata görə, avtomobil karvanı İstanbulun Saraçhanə adlanan ərazisindən başlayaraq Ədirnəqapı ərazisində başa çatıb.

  • İnsani Yardım Vakfı Azerbaycan'a destek amacıyla konvoy düzenledi.
    İstanbulda Bakıya dəstək olmaq üçün avtomobil karvanı təşkil olunub
    © Sputnik / Burcu Okutan

1 / 3
© Sputnik / Burcu Okutan
İstanbulda Bakıya dəstək olmaq üçün avtomobil karvanı təşkil olunub

Avtomobillərin hərəkətə başladığı yerdə mətbuata açıqlama verən İnsan Hüquq və Azadlıqları Humanitar Yardım Fondunun Baş katibi Durmuş Aydın beynəlxalq ictimaiyyəti Dağlıq Qarabağ məsələsinə həssaslıqla yanaşmağa çağırıb: 

"Dünya ictimaiyyətinin hadisələrə lazımi şəkildə reaksiya verməməsindən ruhlanan Ermənistan bütün beynəlxalq hüquq normalarını heçə sayaraq mülki şəxslərin yaşadığı Azərbaycan ərazilərini atəşə tutur. Bu hücumlar qarşısında mətanətlə davam gətirən azərbaycanlı qardaşlarımıza dəstək olmalı, haqlı mübarizəsində Azərbaycan dövlətinin və millətinin yanında olduğumuzu hiss etdirməliyik. Dünyanın bütün ölkələrini, bütün vicdanlı insanları və ölkəmizdəki hər kəsi işğala və zülmə qarşı mübarizədə qardaş Azərbaycanın yanında olmağa çağırırıq".

Əsas mövzular