08:35 27 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
QARABAĞ
Qısa URL
149 0 0

Tural Gəncəliyev: "Cəbhə xəttində uğursuzluğa düçar olan Ermənistan tərəfi ermənipərəst konqresmenləri ələ alaraq Azərbaycana qarşı qətnamə qəbul etdirmək istəyirlər"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 6 oktyabr — Sputnik. "ABŞ-da erməni əsilli diaspor nümayəndələri yeni 1165 nömrəli qətnamə irəli sürərək konqresdə çıxış etmək istəyirlər. Bunun qarşısını almalıyıq". Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, Milli Məclisin deputatı Tural Gəncəliyev parlamentdə bu gün keçirdiyi brifinqdə deyib.

O bildirib ki, cəbhə xəttində uğursuzluğa düçar olan Ermənistan tərəfi ermənipərəst konqresmenləri ələ alaraq Azərbaycana qarşı qətnamə qəbul etdirmək istəyirlər .

T.Gəncəliyev Azərbaycan diasporunu bu qətnaməyə qarşı etiraz etməyi və bunun qarşısını almağa çağırıb: "Azərbaycan diasporuna müraciət edirəm ki, onlara qarşı etiraz məktubları göndərsinlər. Azərbaycan beynəlxalq qanunlar çərçivəsində öz ərazilərini işğaldan azad edir. Heç kəs bizi bu hüququmuzdan məhrum edə biməz. 1165 saylı qətnamənin qəbul edilməsi ilə heç nəyə nail ola bilməyəcəklər. ABŞ Dağlıq Qarabağ və digər əraziləri Azərbaycan ərazisi kimi tanıyır. Ona görə də bu qətnamənin heç bir əsası yoxdur".

Əsas mövzular