QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Müdafiə Nazirliyi ermənilərin bu günə olan itkilərini açıqladı

© AR Ministry of DefenceArtilleriya bölmələrinin döyüş atışlı təlimləri
Artilleriya bölmələrinin döyüş atışlı təlimləri - Sputnik Azərbaycan
Abunə olmaq
42-ci artilleriya alayının atəş mövqeyində yerləşdirilmiş D-20 artilleriya qurğuları və onların heyətləri də bölmələrimizin sərrast atəşi ilə məhv edilib

BAKI, 6 oktyabr - Sputnik. Gün ərzində cəbhənin müxtəlif istiqamətlərində gedən döyüşlərdə Ermənistan ordusuna məxsus 2 ədəd BM-21 “Qrad”ı sıradan çıxarılıb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, 41-ci artilleriya alayının atəş mövqelərində dayanan “Qrad”lar Azərbaycan Ordusunun atəş zərbəsi ilə məhv edilib.
Bundan əlavə, 42-ci artilleriya alayının atəş mövqeyində yerləşdirilmiş D-20 artilleriya qurğuları və onların heyətləri də bölmələrimizin sərrast atəşi ilə məhv edilib.

Xəbər lenti
0