15:10 29 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
QARABAĞ
Qısa URL
Azərbaycan və Ermənistan arasında müharibə (832)
75 0 0

Yaralanan uşağın cəmi 5 yaşı var. Hazırda prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

BAKI, 5 oktyabr — Sputnik. Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirir.

Baş Prokurorluğun mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, işğalçı ölkənin silahlı qüvvələrinin müdafiə olunmayan ərazilər, yaşayış məntəqələri və silahsızlaşdırılmış zonalar, habelə hərbi hədəf olmayan, aydın görünən və fərqləndirilən obyektlər, o cümlədən mülki əhalini hədəfə almaqla 05.10.2020-ci il tarixdə saat 16 radələrində Ağcabədi şəhərinə 3 raket atıb.

Atılmış raketlərdən biri partlamayıb, biri həyətyanı sahəyə düşərək yaşayış evində dağıntılara səbəb olub, digəri isə yaşayış evinə düşüb.

Yaşadıqları evə raket düşməsi nəticəsində şəhər sakinləri - 1994-cü il təvəllüdlü İbrahimov Elşən Mehdi oğlu və qardaşı qızı, 2015-ci il təvəllüdlü İbrahimova Ayan Rövşən qızı müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib, eyni zamanda evə külli miqdarda ziyan dəyib.

Hazırda prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (832)

Əlaqədar

Ermənistan silahlı qüvvələri Ağcabədi və Beyləqanı atəşə tutur, yaralılar var
Müdafiə Nazirliyi: Ermənilərin daha 3 tankı məhv edilib
Gəncə bazarı mərmi atəşindən sonra necə görünür - video
Qurbanların sayı artır: Bərdədə ev deşik-deşik edilib – video
Ermənistan ordusunun 4 “Qrad” yaylım atəşli reaktiv sistemi məhv edilib
Teqlər:
yaralı, uşaq, raket zərbələri, erməni təxribatı, Ağcabədi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi

Əsas mövzular