QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Ermənistan ordusunun 4 “Qrad” yaylım atəşli reaktiv sistemi məhv edilib

© Sputnik / Grigoriy Syisoev / Mediabanka keçidБоевая машина РСЗО "Град", фото из архива
Боевая машина РСЗО Град, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bir qədər əvvəl nazirlik Ermənistan silahlı qüvvələrinin 63-cü tank taborunun daha 3 ədəd tankının məhv edildiyi barədə də məlumat yayıb

BAKI, 5 oktyabr — Sputnik. Qoşunlarımızın zərbələri nəticəsində Ermənistan silahlı qüvvələrinin cəbhənin Ağdərə istiqamətində 62-ci artilleriya alayının 2 ədəd, 41-ci artilleriya alayının 2 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi məhv edilib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə məlumatı Azərbaycan Müdafiə Nazirliyi yayıb. Bir qədər əvvəl nazirlik Ermənistan silahlı qüvvələrinin 63-cü tank taborunun daha 3 ədəd tankının məhv edildiyi barədə də məlumat yayıb.

Qeyd edək ki, sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb.

Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki şəxslər həlak olublar. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.

Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.

Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusunun uğurlu əməliyyatları nəticəsində Cəbrayıl şəhəri və bir sıra kəndlərimiz - Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdurrəhmanlı, Aşağı Abdurrəhmanlı, Cəbrayıl rayonunun Nüzgar, Böyük Mərcanlı, Mehdili, Çaxırlı, Aşağı Maralyan, Yuxarı Maralyan, Şəybəy, Quycaq, Daşkəsən, Cəfərabad, Karxulu, Şükürbəyli, Horovlu, Çərəkən, Mahmudlu və Decal, Tərtər rayonunun Suqovuşan (Madagiz) və Talış yaşayış məntəqələri işğaldan azad edilib.

Xəbər lenti
0