06:42 29 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
QARABAĞ
Qısa URL
4001

Leyla Abdullayeva vurğulayıb ki, Ermənistan XİN və digər rəsmiləri guya Ermənistan ərazisindən Azərbaycan ərazisinə atəş açılmadığını iddia edirlər

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 5 oktyabr — Sputnik. Ermənistan Silahlı Qüvvələri məqsədyönlü şəkildə mülki şəxsləri və mülki infrastrukturu qəsdən hədəfə alır.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib.

"Ermənistan Silahlı Qüvvələrinin açdığı atəş nəticəsində bu günə qədər 24 azərbaycan vətəndaşı qətlə yetirilib, 121 nəfər yaralanıb.  Bundan əlavə, Ermənistan tərəfi 300-dən çox evə və digər mülki obyektlərə zərər vurub", - deyə Leyla Abdullayeva qeyd edib.

O vurğulayıb ki, Ermənistan XİN və digər rəsmiləri guya Ermənistan ərazisindən Azərbaycan ərazisinə atəş açılmadığını iddia edirlər: "Lakin  Azərbaycan tərəfində olan dəqiq faktlar göstərir ki, Azərbaycan ərazisini Ermənistanın Gorus, Sisyan, Berd, Cermuk və Vardenis şəhərlərindən atəşə tutur. Xarici və yerli ekspertlərin iştirakı ilə bu faktlar toplanıb və beynəlxalq qurumlara göndərilib".

Əlaqədar

Gəncə yenidən Ermənistan ərazisindən atəşə tutulur
Ermənistan ordusunun atəşi nəticəsində səkkiz gündə 24 dinc azərbaycanlı həlak olub
Yaşayış məntəqələrimizi Ermənistan ordusu atəşə tutur
Ermənistan ordusu şəhərlərimizi atəşə tutur
Azərbaycan ərazisi Ermənistandan raket atəşinə tutulub - VİDEO
Teqlər:
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, atəş, dinc əhali, Ermənistan ordusu

Əsas mövzular