07:19 25 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
QARABAĞ
Qısa URL
244 0 0

Rusiya ölkəmizin strateji tərəfdaşıdır və regionda stabilliyin olmasında maraqlıdır - Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev.

BAKI, 5 oktyabr - Sputnik. Torpaqlarımız azad olandan sonra danışıqlar mümkündür.

TV5-in aparıcısı: “Deməli siz qalib gələndən sonra?”

Səfir : “Bəli, şübhəsiz”

TV5-in aparıcısı: ”Deməli atəşkəs gözlənilmir”.

Sputnik Azərbaycan Azərtac-a istinadla verir ki, bu fikirlər Fransanın TV5 Monde televiziya kanalında Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayevlə aparılan sual-cavabda səslənib. Səfir deyib: 

“Bu gün müharibədir. Münaqişə yox, əsil müharibədir. Azərbaycan üçün Vətən müharibəsidir. Azərbaycanın əks -hücum müharibəsinin məqsədi 1992-ci ildən işğal olunan torpaqlarımızı azad etməkdir. 1992-ci ildən Azərbaycanın 20 faiz ərazisi işğal altındadır. BMT təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 4 qətnaməsi var ki, onların hər biri erməni silahlı qüvvələrinin Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayondan dərhal, tam və qeyd-şərtsiz çıxmasını tələb edir”. 

R.Mustafayev bildirib ki, bu gün Azərbaycan beynəlxalq hüquq çərçivəsində hərəkət edir. Azərbaycanın məqsədi işğal altında olan torpaqlarını azad etməkdir. Torpaqlarımız azad olduqdan sonra Dağlıq Qarabağ tərəqqi edəcək və onun müxtəlif xalqlardan olan əhalisi Azərbaycanın vətəndaşlardır.

Azərbaycanın Ali Baş Komandanı İlham Əliyev
© Official website of President of Azerbaijan Republic

Qeyd edib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri olan Rusiya, ABŞ və Fransa-nın münaqişənin həllinə nail ola bilməməsi vəziyyəti bu dərəcəyə çatdırıb.

Rusiya ölkəmizin strateji tərəfdaşıdır və regionda stabilliyin olmasında maraqlıdır.

Türkiyəyə gəldikdə isə bu gün onun ölkəmizə dəstəyi beynəlxalq hüquq çərçivəsini aşmır. Türkiyə bizi mənəvi, siyasi baxımdan dəstəkləyir. Ancaq bu gün hələ hərbi dəstəkdən söz getmir. Əlbəttə, Türkiyə də strateji tərəfdaşımızdır. Ermənistandan fərqli olaraq Azərbaycan danışıqlar prosesinin formatına heç vaxt mane olmayıb. Ermənistan isə hər dəfə danışıqlar prosesinə mane olub.

Aparıcının danışıqlara başlamaq və atəşkəslə bağlı suallarına cavabında səfir deyib: “Azərbaycan işğal altında olan ərazilərini azad etməkdədir. Torpaqlarımız azad olduqdan sonra danışıqlara hazır olarıq.

Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayonumuz azad olduqdan sonra atəşkəsdən danışmaq olar”.

Qeyd edək ki, Dağlıq Qarabağ haqqında məlumatla başlayan verilişdə səfir məlumatların səhv olduğunu bildirib.

Əsas mövzular