04:45 23 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
QARABAĞ
Qısa URL
15820

"Ermənistanın ağlını başına yığıması və məsuliyyətini dərk etməsi üçün Sülhə məcburetmə davam etməlidir", - deyə Prezidentin köməkçisi Twitter hesabında bildirib. 

BAKI, 5 oktyabr - Sputnik Azərbaycan. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Ermənistanın Azərbaycanın mühüm mülki infrastrukturunu məqsədli şəkildə hədəf almasının daha bir sübutu barədə tvit paylaşıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Mingəçevirdə 1-6 №-li enerji bloklarının qarşısına düşən raketin fotolarını paylaşan H.Hacıyev onun partlamadığını bildirib.

"Ermənistanın ağlını başına yığıması və məsuliyyətini dərk etməsi üçün Sülhə məcburetmə davam etməlidir", - deyə Prezidentin köməkçisi Twitter hesabında bildirib. 

Xatırladaq ki, bu gün axşam saatlarında Ermənistan silahlı qüvvələri Mingəçevir istilik elektrik stansiyasını (İES) hədəf alıblar. Onların atdığı 3 orta mənzilli raketlərdən biri İES-in qarşısına düşüb, lakin partlamayıb. 

Hazırda əraziyə Fövqəladə Hallar Nazirliyinin qüvvələri və ANAMA nümayəndələri cəlb olunublar. 

Bir qədər əvvəl hadisə ilə bağlı məlumat yayan Baş Prokurorluq bildirib ki, Mingəçevirə 3 raket atılıb. Onlardan ikisi partlamayıb. Partlamayan raketlərdən biri Mingəçevir İES MMC-nin qarşısına düşüb. Raketlərdən birinin partlaması nəticəsində isə 5 mülki şəxs xəsarət alıb. 

Əlaqədar

Azərbaycan Prezidentinin köməkçisi: "Ermənilər Xızı və Abşerona raket atıb"
Ermənistan Mingəçevirə raket zərbəsi endirib
Ermənistanın Mingəçevirə atdığı üç raketdən ikisi partlamayıb, beş mülki şəxs yaralanıb
Teqlər:
Mingəçevir, Raket zərbəsi, raket, Ermənistan, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici siyasət şöbəsinin müdir müavini Hikmət Hacıyev, Hikmət Hacıyev

Əsas mövzular