QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Türkiyə Milli Müdafiə Nazirliyi: "Ermənistan dərhal hücumları dayandırmalıdır!"

© Photo : National Defense Ministry of TurkeyTürkiyənin Milli Müdafiə Nazirliyinin binası, arxiv şəkli
Türkiyənin Milli Müdafiə Nazirliyinin binası, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
TMMN: Uşaq, qadın və yaşlı demədən Xocalıda qətliam həyata keçirən Ermənistan 30 il əvvəl necə idisə, bu gün də eyni şəkildə bölgədə sülhə və sabitliyin təmin olunmasına əngəl olmaqda davam edir.

BAKI, 4 oktyabr - Sputnik. Azərbaycan torpaqlarının iyirmi faizini işğal edən Ermənistan iyulun 12-də və sentyabrın 21-də Tovuz istiqamətindəki hücumlarının ardından bütün dünyanın gözü qarşısında atəşkəsi pozaraq Azərbaycanın mövqelərini və yaşayış məskənlərini ağır silahlarla davamlı atəşə tutub.

Sputnik Azərbaycan xəbər verir ki, bu ifadələr Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuata açıqlamasında əksini tapıb.

Video və yazılı açıqlamada deyilir:

"Uşaq, qadın və yaşlı demədən Xocalıda qətliam həyata keçirən Ermənistan 30 il əvvəl necə idisə, bu gün də eyni şəkildə bölgədə sülhə və sabitliyin təmin olunmasına əngəl olmaqda davam edir.
Türkiyənin Milli Müdafiə Nazirliyinin binası, arxiv şəkli - Sputnik Azərbaycan
QARABAĞ
Türkiyə Milli Müdafiə Nazirliyi: Ermənistan özünə dəstəyi artırmaq üçün Türkiyəyə şər atır

Beynəlxalq hüququn açıq şəkildə pozulması və mülki əhalinin itkilərinə yol açan erməni hücumlarını şiddətlə qınayırıq. Ermənistan dərhal hücumları dayandırmalı, xaricdən gətirdiyi muzdlu əsgərləri və terrorçuları geri göndərməli, işğal etdiyi Azərbaycan torpaqlarını dərhal tərk etməlidir. Günahsız mülki əhalinin hədəf alan erməni terrorçuları ilə əməkdaşlıq edən PKK-YPG terroristləri dərhal bölgəni tərk etməlidir. Əks halda, hər zaman olduğu kimi yenə də məyusluğa düçar olacaqlar.

Ermənistanın özünə qarşı türk təyyarələri, pilotsuz və silahlı pilotsuz aparatlar ilə (İHA/SİHA) hücum edildiyinə dair heç bir sübuta əsaslanmayan mənasız iddialar irəli sürür. Bu iddiaları öz himayədarlarından başqa heç kim tərəfindən ciddi qəbul edilməyib. Beləliklə, Azərbaycan Silahlı Qüvvələri öz gücü ilə zəfər qazanacaq imkana və qabiliyyətə, işğal altındakı öz torpaqlarını qurtaracaq əzm və qərarlılığa sahib olduğunu ötən günlər bütün dünyaya göstərmişdir.

Bütün imkanlarımızla xalqını və torpağının bütövlüyünü qorumaq üçün qanuni müdafiə haqqından istifadə edən, özü öz doğma torpağını geri qaytarmaq mücadiləsi göstərən Azərbaycan qardaşlarımızın bundan öncə olduğu kimi bundan sonra da yanında olacağımızı təkrar olaraq vurğulamaq istəyirik.

Ermənistan hücumlarında şəhid olan Azərbaycan qardaşlarımıza Allahdan rəhmət, bütün Azərbaycan xalqına başsağlığı diləyirik".

Xəbər lenti
0